Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İraq prezidenti: “Hökumətimiz iqlim dəyişikliyi ilə mübarizə üçün səy göstərir”

“Uzun illər davam edən münaqişələrdən sonra İraqda sabitlik və sülh hökm sürur”

İraq hökuməti iqlim dəyişikliyi ilə mübarizə üçün səy göstərir”.

Bunu İraq Prezidenti Əbdüllətif Camal Rəşid Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışı zamanı deyib.

“Uzun illər davam edən münaqişələrdən sonra İraqda sabitlik və sülh hökm sürur”, - Ə.Rəşid bildirib. Onun sözlərinə görə, dağıntıların və münaqişələrin acı təcrübəsini yaşamış İraq sülhün yalnız dialoq yolu ilə əldə oluna biləcəyinin ən bariz nümunəsidir.

Dövlət başçısı qeyd edib ki, yeni İraq qonşuları ilə qarşılıqlı hörmət və diplomatiyaya əsaslanan münasibətləri gücləndirməyə çalışır, ümumi sərhəd təhlükəsizliyi məsələlərinə, təhlükəsiz və adekvat su təchizatının təmin edilməsi üçün transsərhəd su ehtiyatlarından xüsusi istifadəyə diqqət yetirir.

“Yeni İraq sabitlik və iqtisadi inkişafla səciyyələnir, cəmiyyətdə ədaləti və bərabərliyi təmin edir. Dövlət təhsil, səhiyyə, içməli su, ərzaq təhlükəsizliyi, keyfiyyətli ictimai xidmətlər və daha yaxşı dövlət infrastrukturunun yaradılması üçün şərait yaratmağa çalışır”, - Əbdüllətif Camal Rəşid bildirib.

O bildirib ki, İraq Qoşulmama Hərəkatının prinsip və normalarını rəhbər tutur.(report)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Qənbər Yarıyev dəfn edilib - Yenilənib

Abşeronda Birinci Qarabağ müharibəsinin dörd şəhidi dəfn edilib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay