Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya ordusunun tanklara ehtiyacı istehsal gücünü on dəfə üstələyə bilər

Rusiya ordusu üçün tankların istehsal tempi Ukraynadakı itkiləri kompensasiya etməyə imkan vermir...

Poliqon.info xəbər verir ki. bu barədə The Economist nəşrinin məlumatında bildirilir. Qərb rəsmisinin jurnala verdiyi məlumata görə, Rusiyada tanklar ordunun cəbhədə itirdiyindən on dəfə az istehsal olunur.

İndi Rusiyada tankların istehsalı ilə yalnız bir müəssisə, Uralvaqonzavod məşğul olur The Economist-in qeyd edir ki, maliyyə xaosu və böyük borclar zavodun modernləşdirilməsini ləngidir, işçiləri zarafatyana deyirlər ki, onlar tankları əl ilə yığırlar və ayda cəmi 20 döyüş maşını istehsal olunur.

Tələbatı ödəmək üçün Rusiya anbarda olan minlərlə köhnə tankların təmiri sürətini artırıb. Uralvaqonzavod ayda səkkiz köhnə tankı, daha üç zavod isə ayda 17 tankı təmir edir. Rusiya mətbuatı xəbər verir ki, yaxın aylarda daha iki oxşar müəssisə fəaliyyətə başlamalıdır.

The Economist qeyd edir ki, bu halda, Rusiya ayda 20 yeni tank istehsal edə, həmçinin 90 köhnə tankı bərpa edə biləcək. Bununla belə, hətta bu itkiləri ödəmək üçün kifayət etməyə bilər. Çünki dərc edilmiş fotoşəkillərə və videolara əsasən Rusiyanın itirdiyi texnikaların siyahılarını saxlayan Oryx analitiklərinin fikrincə, Rusiya ordusu ayda orta hesabla 150 tank itirir.

İstehsalın genişlənməsinə həm də müasir tankları idarə etmək üçün lazım olan hissələrin, xüsusilə yarımkeçiricilərin və kompüter çiplərinin çatışmazlığı mane ola bilər. The Economist yazır ki, Ukraynaya göndərilən yeni təmir edilmiş tankların bəzilərində müxtəlif modellərdən ibarət çoxlu avadanlıq var və bu tanklarda dəqiq çəkiliş aparmağa imkan verən külək sürəti sensorları kimi yüksək texnologiyalı qurğular yoxdur.

“Müharibə davam etdikcə Rusiya çox güman ki, tankların həm keyfiyyətində, həm də kəmiyyətində daha da azalma ilə üzləşəcək, istehsal itkiləri kompensasiya edə bilməyəcək”, deyə jurnal yazır.

ORYX-in məlumatına görə, Rusiya müharibə başlayandan bəri ən azı 1782 tank itirib. Kiyev 3250-dən çox rus tankını məhv etdiyini iddia edir. Beynəlxalq Strateji Araşdırmalar İnstitutu Rusiya ordusunun müharibədən əvvəl xidmətdə olan və Rusiyanın tank qüvvələrinin əsas hissəsini təşkil edən T-72-lərin təxminən yarısını itirdiyini bildirdi.

The Economist qeyd edir ki, Ukrayna, eləcə də ilin əvvəlində Kiyevə tank tədarükünü elan edən Qərb ölkələri də oxşar problemlərlə üzləşə bilər. Ukraynanın Xarkov yaxınlığındakı yeganə tank zavodu müharibənin əvvəlində dağıdılıb. ABŞ-da isə ayda 15 tank istehsal edən bir zavod var.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

İnternet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlanılıb

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Rusiyanın Kursk vilayətində məcburi təxliyə elan edilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay