Cümə, 05 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Apple-in qapalı təhlükəsizlik sistemi nə qədər təhlükəsizdir?..

Sadə bir parol səbəbiylə bir qadın iPhone smartfonunun şifrəsi sındırıldıqdan sonra 10 min dollarından olub və bunun qarşısının alınması üçün Apple şirkəti ona heç bir köməklik göstərə bilməyib…

Poliqon.info xəbər verir ki, bu barədə “Busimess İnsider” saytı məlumat yayıb.

Nyu-York sakini Reyhan Ayas bardan çıxarkən smartfonunu oğurlandığından qısa müddət sonra 10 min dolların itirib. Qadın girişi bərpa etməyə çalışdığını, lakin Apple-ın müştəri xidməti səriştəsizliyi ilə üzləşdiyini bildirib.

31 yaşlı Ayas bildirib ki, oğru əvvəlcə iPhone ekranında onun hərəkətlərini izləyib. Oğru qızın sadə dörd rəqəmli parol daxil etdiyini görüb və buna görə də hesabı tez bir zamanda sındırıb və bank tətbiqlərinə daxil ola bilib.

Qadın Apple hesabını itirdiyi üçün MacBook noutbukuna daxil ola bilməyib. O, Apple-in dəstək xidməti ilə əlaqə saxlayıb. Ona yeni bir SIM kart və yeni iPhone almasını tövsiyə ediblər. Ayas bütün bunları etməsinə baxmayaraq, o, köhnə hesabına daxil ola bilməyib.

Business Insider-in məlumatına görə, növbəti 24 saat ərzində Ayasın bank hesabından 10 min dollar pul çıxarılıb. Apple mağazasını ziyarət edərkən Ayas mütəxəssislərdən kömək ala və problemi həll edə bilməyib.

“Dəstək xidməti heç bir kömək etmədi. Məndən daim “Find My iPhone” tətbiqini sınayıb-sınamadığımı soruşdular. Əlbəttə ki, oğurluqdan dərhal sonra sınadım. İşə yaramadı”, deyə zərər çəkmiş bildirib.

Apple nümayəndəsi ilə danışıqların birində Ayas, iCloud hesabına girişi bərpa etməyin mümkün olmadığını bildirib.

“Apple özünün qapalı təhlükəsizlik mühiti ilə fəxr edir. Ancaq kimsə bu qapalı təhlükəsizlik mühitinə daxil olarsa, o zaman hesab sahibinin də üzünə bağlanır. Bu hal isə sizin əleyhinizə çevrilir”, deyə Ayas fikrini yekunlaşdırıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Rafiq Quluyevin rəhbərlik etdiyi rayonda obyekt səkidə tikilib? - Foto

Bu gün Ramiz Mehdiyevin kürəkənin məhkəməsidir: Proses süni şəkildə uzadılır? - Sensasion detallar

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - Yenilənib

Şarl Mişel: Orbanın Aİ adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur

Lukaşenko: Dərhal “İsgəndər”lə zərbə endirəcəyik!

Bakıda sirli bina: İçərisində ruhlar gəzirlər?

Azərbaycanda tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb

Belçika Azərbaycana minatəmizləmə üçün 250 min avro ayırıb    

Ən çox oxunanalar