Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Fələstin və Suriyadan muzdlu əsgərlər toplayır

Putin Suriya və Fələstindən olan muzdlulara Ukraynada ölmək üçün hər birinə 350 dollar təklif edir…

Poliqon.info xəbər verir ki, Livan kəşfiyyat xidmətlərindən olan mənbənin The Media Line nəşrinə verdiyi məlumata görə, ruslar Fələstin və Suriyada muzdluları 350 dollara “satın almağa” çalışır.

Məhz döyüş təcrübəsi olan insanlar ayda 350 dollara Ukraynada Rusiya üçün döyüşmək təklif olunur. Üstəlik muzdluların PUA-ları idarə etmək bacarığı və şəhərlərdə partizan müharibəsi təcrübəsi də olmalıdır.

The Media Line nəşri bir sıra Rusiya təşkilatlarının Fələstində adam toplamaqla məşğul olduğunu, Fələstin Milli Administrasiyasının Livandakı nümayəndəliyi ilə əlaqə saxladığını vurğulayıb. Həmçinin Rusiya “çirkli” biznesi üçün Livanın “Hizbullah” radikal qruplaşmasının kuratorlarından istifadə edir.

Məlumata əsasən Livanda Sidon liman şəhərinin cənubundakı Eyn əl-Xalva ərazisində yaşayan fələstinli qaçqınların bəzilərini artıq Ukraynaya yola salıblar.

Nəşrin mənbəsi bildirir ki, muzdlular əvvəlcədən hazırlıq keçmədən, demək olar ki, dərhal cəbhə xəttinə göndərilir. Belə “könüllülər”dən ruslar artıq 300 nəfəri toplayıb və daha 100-ə yaxın adam da Ukraynada vuruşmağa razılıq verib.

Rusiya həmçinin Suriyanın müxtəlif bölgələrində Ukraynadakı müharibə üçün “könüllülər” axtarır. Orada isə bu işlə “Vaqner qrupu” məşğul olur. Bundan əlavə, Kreml Suriya nizami qoşunlarında xidmət göstərənlərə Ukraynada vuruşmaq üçün onlara ayda 500-700 dollar vəd edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib

Ərdoğan nazir və deputatlarla basketbol oynadı - Foto

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Prezident İlham Əliyev Milli Mətbuat Günü münasibətilə paylaşım edib

Şuşada "Böyük Qayıdış: Qarabağ" filminin nümayişi baş tutub

Naftalanda bir qrup şəxs sərxoş vəziyyətdə ictimai qaydanı pozub

Ən çox oxunanalar