Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: “Ukrayna-Rusiya müharibəsində qalib tərəf olmayacaq”

Bu müharibənin nəticələri Ukraynanın 1991-ci ildəki sərhədlərinin Rusiya tərəfindən tanınması ilə bitə bilər?..

Xəyal Bəşirov: “Ukrayna-Rusiya müharibəsi hansısa maraqlara, ciddi mətləblərə xidmət edən bir prosesdir”.

“Ukraynadan sonra proseslər Şərq istiqamətində gedəcək. Yəni Çin və İran kimi dövlətlərin tam olaraq asılı vəziyyətə düşməsinə hesablanan böyük bir proses gedir”.

Bu sözləri politoloq Xəyal Bəşirov Qərbin Ukraynaya verdiyi dəstəyin səbəblərini Poliqon.info-a şərh edərkən qeyd edib.

Britaniyanın baş naziri Rişi Sunak bildirib ki, Qərb Ukraynanı Rusiyanın hava hücumlarından və İranın pilotsuz təyyarələrindən qorumalıdır. Eyni zamanda müharibə artıq bir ildir ki, davam edir və hələ də bu müharibənin qalib tərəfinin kim olacağını müəyyən etmək çətindir.

Bəs Qərb Ukraynanı Rusiyaİrandan qoruya biləcəkmi və bu müharibənin nəticələri Ukraynanın 1991-ci ildəki sərhədlərinin Rusiya tərəfindən tanınması ilə bitə bilər?

Ukrayna-Rusiya müharibənin gələcəyini Poliqon.info-un əməkdaşı Siyasi və Hüquqi Strateji Araşdırmalar mərkəzinin rəhbəri, politoloq və hüquqşünas Xəyal Bəşirov ilə müzakirə edib.

Xəyal Bəşirov: “Belə bir deyim var. Deyirlər qumarda heç bir tərəf udmaz. Yalnız qumarı oynadanlar qalib olur. Hesab edirəm ki, Ukrayna-Rusiya müharibəsində də eyni proseslər gedir”.

İndiki məqamda Moskvanın iqtisadi itkiləri kompensasiya etdiyini vurğulayan politoloq qeyd edib ki, yaxın bir neçə ildə müharibənin acı nəticələrini rus xalqı görəcək. Bu da Rusiyanın çox ciddi şəkildə zəifləməsinə gətirib çıxacaraq:

Rusiya-Ukrayna müharibəsi başlayanda Rusiyanın bir neçə gün ərzində Ukraynanı məğlub edəcəyi barədə fikirlər səsləndirilirdi. Amma artıq bir ildir ki, bu müharibə davam edir. Ukraynaya ciddi şəkildə dəstək göstərən NATO, Avropa ölkələri, Qərb sayəsində müharibə bu qədər uzandı. Görünən odur ki, Rusiya bu müharibədə uduzacaq və sanksiyalara görə iqtisadiyyatı çökdüyünü görə bir dövlət kimi müharibəyə tab gətirə bilməyəcək.

Belə bir deyim var. Deyirlər qumarda heç bir tərəf udmaz. Yalnız qumarı oynadanlar qalib olur. Hesab edirəm ki, Ukrayna-Rusiya müharibəsində də eyni proseslər gedir. Ukrayna-Rusiya müharibəsi hansısa maraqlara, ciddi mətləblərə xidmət edən bir prosesdir. Bu yolla dünyada söz sahibi olan ölkələr Rusiyanı zəiflətmək, eyni zamanda ölkəsindən tam şəkildə asılı vəziyyətə salmaq istəyir. Ukraynadan sonra proseslər Şərq istiqamətində gedəcək. Yəni Çin və İran kimi dövlətlərin tam olaraq asılı vəziyyətə düşməsinə hesablanan böyük bir proses gedir.

Təbii ki, müharibənin bu vaxta qədər davam etməsin ən çox Ukrayna və Rusiyayanın itkisi hesabına olur. Ən böyük itki və zərbə də Ukrayna dövlətinə və xalqına dəyməkdədir. Eyni zamanda burada bir məqam da var. Bildiyimiz kimi Qərb ölkələrinin hamisi kapitalist ölkədir və kapitalizmin mahiyyətinə uyğun olaraq dövlət əmlakı yoxdur. Ukraynaya verilən bütün silahların və yardımlar ayrı-ayrı şirkətlərindir. Bu da gələcəkdə də Ukrayna dövlətinin həmin şirkətlərə borclanmasına gətirib çıxaracaq. Düzdür, hazırkı məqamda bu mövzudan danışılmır və aktual deyil. Amma hər bir halda müharibə bitkdikdən sonra bu məsələlər gündəmə gələcək.

Xəyal Bəşirov: “Bu proses hələ uzun müddət davam edəcək. Hətta bu prosesin davam etməsi fonunda dünyanın ayrı-ayrı regionlarında yeni münaqişələrin alovlanması, yeni cəbhələrin də açılması da gözləniləndir”.

Bütün bunlara görə düşünürəm ki, Ukrayna-Rusiya müharibəsində qalib tərəf olmayacaq. İndi Rusiya Ukraynanın bir neçə ərazisini işğal etdiyini deyir. Amma bu işğala görə demək olar ki, Rusiya iqtisadiyyatı çöküb. İndiki məqamda Moskva iqtisadi itkiləri kompensasiya edir. Lakin yaxın bir neçə ildə müharibənin acı nəticələrini rus xalqı görəcək. Bu da Rusiyanın çox ciddi şəkildə zəifləməsinə gətirib çıxacaraq.

Rusiya bu müharibəyə görə bütün imkanları ilə səfərbər olub. Bunun qarşılığında Rusiyanın Ukraynanın sərhədlərini tanıması real görünmür. Əslində Moskva Ukraynanın sərhədlərini tanımağa məcbur edilə bilər. Amma mən düşünürəm ki, bu müharibəni aparanların məqsədləri məhz budur. Əgər belə bir fikir olsaydı, 2014-cü ildə Krımın ilhaqı zamanı bu prosesə başlanardı.

Əsas qüvvələr gözlədilər ki, Rusiya yenidən Ukraynanın başqa ərazilərini işğal etsin. Bu da onu deməyə əsas verir ki, prosesin arxasında çox ciddi oyunlar gedir. Buna görə də düşünmürəm ki, yaxın günlərdə nə Ukrayna, nə də Rusiya qələbə qazansın. Bu proses hələ uzun müddət davam edəcək. Hətta bu prosesin davam etməsi fonunda dünyanın ayrı-ayrı regionlarında yeni münaqişələrin alovlanması, yeni cəbhələrin də açılması da gözləniləndir. Əsas qüvvələr belə bir məkirli oyunu da edib, Ukrayna-Rusiya müharibəsinin arxa plana keçməsini reallaşdıra bilərlər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Qənbər Yarıyev dəfn edilib - Yenilənib

Abşeronda Birinci Qarabağ müharibəsinin dörd şəhidi dəfn edilib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay