Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baydenin Kiyevə gizli səfərinin təfərrütları Amerika mətbuatında…

ABŞ prezidenti Co Bayden Ukraynaya gecə uçub və onun onun səfəri təhlükəsizlik tədbirləri səbəbindən bir gün ərzində gizli saxlanılıb…

Poliqon.info xəbər verir ki. Bu barədə CNN-nin xəbərində bildirilib.

Şənbə günü axşam, ABŞ-ı tərk etməzdən əvvəl Bayden həyat yoldaşı ilə Vaşinqtonda şam yeməyinə gedib. Bazar ertəsi səhər Kiyevə çatmazdan əvvəl o, ictimaiyyət arasında görünməyib. Bir nömrəli bort bazar günü ET 4:15-də (Bakı vaxtı ilə 13:15) Endryus Dəniz Aviasiyasının Bazasından havaya qalxıb.

CNN xəbər verir ki, Bayden milli təhlükəsizlik müşaviri Ceyk Sallivan, Ağ Ev rəhbərinin müavini Cen O'Malli Dillon və şəxsi köməkçi Enni Tomasini də daxil olmaqla kiçik bir qrup rəsmi ilə Ukraynaya səfər edib.

Telekanal xəbər verir ki, Baydenlə birlikdə təyyarədə elektron cihazları gəzdirməyə icazə verilməyən ABŞ-dan jurnalistlər də uçublar.

The New York Times isə yazıb ki, səfər ABŞ prezidentlərinin fəal müharibə zonalarına əvvəlki səfərləri, məsələn, prezidentlər Corc BuşBarak Obamanın İraq və Əfqanıstana səfərləri ilə eyni məxfiliklə təşkil edilib.

NBC-nin isə qeyd edib ki, Baydenin Kiyevə səfəri müasir tarixdə ilk səfərdir ki, Ağ Evin rəhbəri ABŞ-ın aktiv hərbi qüvvəsinin olmadığı müharibə zonasına səfər edir.

Bildirilir ki, Amerika prezidentinin Avropaya getməsinə saatlar qalmış Co Baydenin Kiyevə səfəri barədə ABŞ Moskvanı məlumatlandırıb, deyə prezidentin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.

“Biz ruslara prezident Baydenin Kiyevə getməsi barədə məlumat vermişik. Biz bunu yola düşməzdən bir neçə saat əvvəl hər hansı istisnanı aradan qaldırmaq üçün etdik”, deyə Sallivan The Washington Post qəzetinin müxbiri Con Hudsona bildirib.

Sallivan Amerika liderinin ABŞ ordusunun kritik infrastruktura nəzarət etmədiyi müharibə şəraitində olan ölkəyə səfərini “zamanımızda görünməmiş hadisə adlandırıb.

Financial Times və New York Times yazıb ki, Bayden bazar ertəsi səhər qatarla Kiyevə gəlib.

Rolling Stone jurnalının jurnalisti Jim Laportanın sözlərinə görə, ABŞ prezidenti Co Baydenə Ukraynaya səfər üçün bir sıra ssenarilər, o cümlədən Vladimir Zelenski ilə Polşa-Ukrayna sərhədində və ya Lvovda görüş təqdim edilib, lakin prezidentin özü Kiyevə səfər etməkdə israr edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar