Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran Türkmənistan və Rusiya qazını istənilən istiqamətdə nəql etməyi təklif edir

İran Türkmənistan və Rusiya qazını istənilən istiqamətdə, o cümlədən Cənubi Asiya üzrə istehlakçılara nəql etməyi təklif edib…

Poliqon.info xəbər verir ki, bu barədə News Central Asia (NCA) nəşri məlumat yayıb.

Fevralın 15-17-də Aşqabadda keçirilən İran İslam Respublikasının İxtisaslaşdırılmış Sərgisi çərçivəsində NCA ilə eksklüziv söhbətində İran Qaz Mühəndisliyi və İnkişafı Şirkətinin (IGEDC) idarəedici direktoru və idarə heyətinin sədri Reza Növşədi deyib ki, onun ölkəsi Rusiya və Türmənistan qazını istənilən ölkəyə çatdırmağa hazırdır.

“Biz rəsmi olaraq tövsiyə edirik və “Qazprom” və “Türkmənqaz”a təklif etmişik ki, İran şimalda Türkmənistan və Rusiyadan qaz alıb, cənubda istənilən ölkəyə çatdırmağa hazırdır”, deyə İran rəsmisi bildirib.

Növşədi onu da əlavə edib ki, onun ölkəsi Pakistana qaz tədarük etməyə hazırdır. O, qeyd edib ki, artıq Pakistanla sərhədə sutkada 100 milyon kubmetr ötürmə qabiliyyətinə malik boru xətti çəkilir.

İran rəsmisi vurğulayıb ki, hazırda İran cənuba sutkada 100 milyon kubmetrədək qaz ötürmək gücünə malikdir ki, bu da ildə təxminən 36,5 milyard kubmetr qaz deməkdir.

Xatırladaq ki, çərşənbə günü Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov “Qazprom”un sədri Aleksey Millerlə görüşüb və qaz sahəsində iki ölkənin əməkdaşlığın perspektivlərini müzakirə edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Kremldən Ermənistana xəbərdarlıq: "Ümid edirik ki, İrəvan Kiyevin seçdiyi yolu seçməyəcək"

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

İqbal Əbilovun həbs detalları məlum olub: Ermənistanla gizli Skype sövdələşmələri...

Elxan Şahinoğlu: Əgər İranın Ermənistana silah verməsi xəbəri təsdiq olunarsa,...

Ağadadaş Ağayevi döyən gözətçi ilə bağlı yeni faktlar

Ən çox oxunanalar