Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaxın günlərdə haralarda zəlzələ gözlənilir? - Türkiyə zəlzələsini əvvəlcədən deyən seysmoloq yeni fəlakət yerlərini açıqlayıb

Türkiyədəki zəlzələni proqnozlaşdıran seysmoloq digər bölgələrlə bağlı da xəbərdarlıq edib…

Hollandiyalı seysmoloq Frank Huqerbits fevralın 16-dan 18-dək 7 bal gücündə zəlzələlərin baş verə biləcəyi regionların adını çəkib.

Poliqon.info xarici mətbuata əsasən xəbər verir ki, Frank Huqerbits yaxın günlərdə Mərkəzi və Cənubi Amerikanın, İtaliyanın, həmçinin Pakistan və Əfqanıstanın risk altında olduğunu bildirib.

Qeyd edək ki, Günəş Sistemi Həndəsi Tədqiqat Mərkəzinin (SSGEOS) tədqiqatçısı Frank Hugebits fevralın 3-də Twitter hesabında 7,5 və ya daha yüksək bal gücündə zəlzələnin Türkiyə, Suriya və Yaxın Şərqi vura biləcəyi barədə xəbərdarlıq edib. Üç gün sonra, fevralın 6-da Türkiyə ilə Suriya sərhədində zəlzələ baş verib, 35 mindən çox insan həlak olub. Artıq bu, son 100 ildə Avropada baş verən ən böyük təbii fəlakət adlandırılıb.

Fevralın 12-də Huregbits yaxın günlərdə Yer kürəsində seysmik aktivliyin proqnozunu dərc edib. Onun sözlərinə görə, fevralın 14-dən fevralın 18-dək 7 bal gücündə zəlzələlərin baş vermə ehtimalı yüksəkdir. Qlobal seysmik proseslər, tədqiqatçının fikrincə, fevralın 16-dan 18-dək də baş verə bilər.

“Bu, ya bir neçə ciddi seysmik hadisə, ya da bir kimi güclü seysmik aktivlik klasteri ola bilər” deyə seysmoloq bildirib.

Alimin sözlərinə görə, fevralın 14-dən 18-dək planetlərin Yerdəki seysmik aktivliyə ciddi təsir göstərə biləcək bir neçə kritik yanaşması olacaq. Huregbits həmçinin xəbərdarlıq edib ki, Merkuri, Venera və Uran fevralın 14-də bir xəttə düzüləcək, daha sonra Ayın Marsa maksimum yaxınlaşması olacaq, fevralın 15-də Yer, Venera və Neptun mümkün qədər yaxınlaşacaqlar və 16-da isə Yer, Günəş və Saturn bir xəttdə düzüləcəklər.

“Fevralın 16-17-də, bəlkə də 18-də əhəmiyyətli seysmik hadisələrin baş verməsi ehtimalı yüksəkdir. Bu zəlzələlərin miqyası daha yüksək ola bilər - təxminən 7-7,5. Atmosfer dalğalanmalarına baxsanız, eyni bölgələrdə bir neçə göstərici var” deyə tədqiqatçı vurğulayıb.

Huregbitsin sözlərinə görə, zəlzələ kimi mühüm seysmik hadisələrdən əvvəl ola biləcək atmosfer dalğalanmaları Mərkəzi Amerikada, təqribən Meksika, Honduras və hətta fevralın 15-i və 16-da potensial zəlzələlərin gözlənildiyi Ekvador regionunda qeydə alınıb.

Alim Əfqanıstan-Pakistan regionunu da qeyd edib. Orada fevralın 16-17-də seysmik aktivlik arta bilər.

“Bu, ciddi bir zəlzələ olacağı anlamına gəlmir, lakin bunun üçün mütləq bir potensial var” deyə Hougerbits qey edib.

Həmçinin, seysmik aktivliyin fevralın 17-18-də arta biləcəyi İtaliya və Yunanıstan regionunda Aralıq dənizinin mərkəzi hissəsində atmosfer dalğalanmaları müşahidə olunur.

Hougerbits xüsusilə vurğulayıb ki, zəlzələ və ya digər hadisələrin baş vermə ehtimalı yüz faiz deyil, lakin zəlzələlərə meylli bölgələrin sakinləri fevralın 16-dan 18-dək xüsusilə diqqətli olmalıdırlar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qaliblərini təbrik edib

Paytaxtın dörd rayonunun müəyyən ərazilərində qaz olmayacaq

Alimlər xərçəngdən qoruyan qidaların yeni siyahısını açıqladı

Politoloq: İsrail təkbaşına İranı məğlub edə bilməz...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay