Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrandakı səfirliyimizə edilən hücumla bağlı Müasir Müsavat Partiyası bəyanat yaydı

Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücum tamamilə siyasidir

Bu hücumun terror aktı olmasına artıq heç bir şübhə yoxdur. Səfirliyimizə edilən hücum əvvəlcədən planlaşdırılıb və bu gün həyata keçirildi. Hücum zamanı çəkilən videolardan aydın görünür ki, terrorçu məqsədli şəkildə hücum edir və daha çox insanı qətlə yetirmək fikrində olub.

Səfirliyimizə hücum edən şəxs “Kalaşnikov “markalı avtomat silahla mühafizə postunu yarıb, xidmətinin rəisini qətlə yetirib, iki nəfər mühafizə əməkdaşını da yaralayır. Hücumdan görünür ki, həmin şəxs sadə adam deyil. Yəni səfirliyimizə hücum edən şəxs xüsusi təlim keçmiş biri kimi görünür. Bu da hücumun İranın molla rejimi tərəfindən törədilməsini sübut edir.

Hadisənin molla rejimi tərəfindən birbaşa sifarişlə həyata keçirildiyini əminliklə demək olar. Onsuz da İranın siyasi dairələri Azərbaycanı səfirliyə hücum olunacaq hədəsi ilə hədələyirdilər.  Tehran tərəfindən bu hədənin həyata keçirilməsi İranın Azərbaycanla bağlı qırmızı xətti keçməsi deməkdir.

İran diplomatların və diplomatik binaların təhlükəsizliyin in təmin edilməsi ilə bağlı Vyana Konvensiyasını kobud şəkildə pozdu. Rəsmi Bakı ilk növbədə Vyana Konvensiyası kobud şəkildə pozulmasını əsas gətirib İrana sərt nota verməlidir. Səfirlər geri çağrılmalıdır. Molla rejimin bu terror aktına beynəlxalq səviyyədə qiymət verilməlidir. Azərbaycana qarşı uzanan hər bir əl kəsilməlidir.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

Cəlilabadda dəhşət: Azyaşlını dəfələrlə meşəyə aparıb təcavüz etdilər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Azərbaycanda beş yaşlı uşaq diş əməliyyatından sonra öldü

Ən çox oxunanalar