Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vardanyan “zavxoz” olacaqmı? - Moskva öz emissarının missiyasının baş tutmaması ilə razılaşa bilər?..

Terrorist Arutunyanla terorist Vardanyan arasında əldə olunan razılığıa əsasən Vardanyan bundan sonra siyasi bəynatlar verməyəcək. Amma bu nə qədər inandırıcıdır?..

Politoloq: “Əlbəttə ki, Vardanyanı Qarabağda neytral vəziyyətdə saxlamaq Rusiyanın planlarına uyğun deyil”.

“Hesab edirəm ki, bir az da belə davam edəcəksə, Qarabağ erməniləri ümumiyyətlə, separatçı rejimindən imtina edib Azərbaycanla normal şəkildə münasibətlər qurmaq istəyəcəklər”.

Bu sözləri politoloq Samir Hümbətov Ruben Vardanyanın istefası ilə bağlı dünən separatistlərin keçirdiyi iclası PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Ruben Vardanyanın istefası ilə bağlı separatistlər iclas keçirib. Erməni mətbuatının məlumatına görə iclasa vəziyyətin normallaşması ilə bağlı Azərbaycanın tələblərinin yerinə yetirilməsi və tələbə uyğun olaraq Vardanyanın istefası müzakirə edilb. Erməni mənbələr bildirirlər ki, terorsit Arutunyanla terrorist Vardanyan arasında əldə olunan razılığıa əsasən Vardanyan bundan sonra siyasi bəynatlar verməyəcək və separatçıların təsərrüft işləri məşğul olacaq. Yəni “zavxoz” olacaq. Lakin Vardanyanın bu qadağaya nə qədər əməl etməsi isə sual altındadır.

Belə bir vəziyyət Azərbaycanı qane edə bilərmi və Moskva Vardanyanın missiyasının baş tutmaması ilə razılaşa bilərmi?

Qarabağ separatçıları arasında baş verənləri PİA.az-ın əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətovla müzakirə edib.

Samir Hümbətov: “Vardanyanın verdiyi bəyanatlar Qarabağda mövcud olan seperatçı rejimin daha da batırılmasına xidmət edir”.

Azərbaycanlı ekofəalların Xankəndində keçirdiyi aksiyanın nəticə verməyə doğru getdiyini düşünən politoloq PİA.az-a bildirib ki, əgər bir az da belə davam edərsə, artıq seperatçı rejimin özü belə böhran içində olacaq:

“Məlumdur ki, seperatçılar, başında da Araik Arutunyan və Ruben Vardanyan olmaqla Qarabağın Azərbaycanın bölgəsi olmasını birmənalı şəkildə qəbul etmirlər. Bu da Rusiyanın 10 noyabr Üçtərfli bəyannaməsinə, eyni zamanda 22 fevral 2022-ci ildə imzalanmış Müttəfiqlik Bəyannaməsinə zidd addımlarıdır. Əlbəttə ki, Vardanyanı Qarabağda neytral vəziyyətdə saxlamaq Rusiyanın planlarına uyğun deyil.

Bildiyiniz kimi, artıq 36 gündür ki, Azərbaycan ekoaktivistləri Laçın-Xankəndi-Laçın yolunda etiraz aksiyası keçirir. Rus sülhməramlıları da orada post qurub və yolu kəsiblər. Bu da sadə erməni xalqına sərf etmir. Çünki onların Ermənistana gediş-gəlişi dayanıb. Baxmayaraq ki,Azərbaycan onların, hətta rus hərbiçilərinin maşınlarına oradan keçməyə mane törətmir, bununla belə orada yenə də narahatlıqlar var. Buna görə də düşünürəm ki, Qarabağ erməniləri getdikcə nəyinki Arturyanın, heç Vardanyanın da orada olmasını istəmirlər. Qarabağ erməniləri yavaş-yavaş artıq bu prosesə doğru gedirlər.

Samir Hümbətov: “Arutunyan ümumiyyətlə Vardanyanın Qarabağda olmasını istəmir. Vardanyan da Arutunyanı oradan qovmaq istəyir. Əslində onlar bir-birlərinə ciddi rəqib kimi yanaşırlar”.

Hesab edirəm ki, bir az da belə davam edəcəksə, Qarabağ erməniləri ümumiyyətlə, separatçı rejimindən imtina edib Azərbaycanla normal şəkildə münasibətlər qurmaq istəyəcəklər. Amma buna Rusiyanın nə qədər imkan yaradıb-yaratmayacağı artıq ikinci bir məsələdir. Bu baxımdan hesab edirəm ki, Arutunyan ümumiyyətlə Vardanyanın Qarabağda olmasını istəmir. Vardanyan da Arutunyanı oradan qovmaq istəyir. Əslində onlar bir-birlərinə ciddi rəqib kimi yanaşırlar.

Ruben Vardanyan siyasətçi deyil. Buna görə də düşünmürəm ki, o hansısa ciddi addımlar ata bilsin. Vardanyanın verdiyi bəyanatlar da Qarabağda mövcud olan seperatçı rejimin daha da batırılmasına xidmət edir. Əlbəttə, Moskva Ruben Vardanyanı Qarabağda saxlamaq istəyir və onun əli ilə addımlar atmaq istəyir.

Düşünürəm ki, azərbaycanlı ekofəalların Xankəndində keçirdiyi aksiya nəticə verməyə doğru gedir. Əgər bir az da belə davam edərsə, artıq seperatçı rejimin özü belə böhran içində olacaq. Bu da yaxın gələcəkdə Qarabağ ermənilərinin Azərbaycana doğru daha çox yanaşmasına gətirib çıxara bilər”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Qənbər Yarıyev dəfn edilib - Yenilənib

Abşeronda Birinci Qarabağ müharibəsinin dörd şəhidi dəfn edilib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay