Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Twitter istifadəçilərinin şəxsi məlumatları və telefon nömrələri oğurlanıb

Təhlükəsizlik üzrə tədqiqatçısı bildirib ki, hakerlər 200 milyondan çox Twitter istifadəçisinin electron poçt ünvanlarını oğurlayaraq onlayn haker forumunda yerləşdiriblər...

PİA.az xəbər verir ki. bu barədə Reuters Agentliyinin məlumatında bildirilir.

İsrail kibertəhlükəsizlik monitorinq firması “Hudson Rock”ın həmtəsisçisi Alon Qal LinkedIn sosial şəbəkəsində yazıb ki, məlumatların oğurlanması “təəssüf ki, bir çox hakerlik, hədəflənmiş fişinq və doksingə gətirib çıxaracaq”. O, baş verənləri “gördüyü ən önəmli sızmalardan biri” adlandırıb.

Twitter Qalın hələ ilk dəfə ötən il dekabrın 24-də sosial mediada dərc etdiyi hesabatı şərh etməyib və həmin tarixdən sonra pozuntu ilə bağlı sorğulara cavab verməyib. Twitter-in problemi araşdırmaq və ya düzəltmək üçün hansı addımı atdığı isə məlum deyil.

Reuters Agentliyi bildirir ki, forumdakı məlumatların həqiqiliyini müstəqil şəkildə yoxlaya bilməyib və Twitterdən gəldi. Məlumatların çərşənbə günü ortaya çıxdığı haker forumunun skrinşotları internetdə yayılıb.

Kİbertəhlükəsizlik monitorinqi ilə məşğul olan “Haber I Been Pwned” bildiriş saytının yaradıcısı Troy Hant sızan məlumatları yoxladığını və iddiaların eynən təsvir edildiyi kimi olduğunu təsdiqləyib.

Hüquq pozuntusunun arxasındakı hakerin və ya hakerlərin kimliyi və ya yeri ilə bağlı heç bir ipucu yoxdur. Bəzi ehtimallara görə, bu, 2021-ci ildə, yəni İlon Mask şirkətə sahiblik etməzdən əvvəl baş verib.

Twitter-də baş vermis bu böyük oğurluq Atlantik okeanının hər iki tərəfindəki tənzimləyiciləri maraqlandıra bilər.

Qeyd edək ki, Twitter-in Avropadakı mənzil-qərargahının yerləşdiyi İrlandiyadakı Məlumatların Qorunması Komissiyası və ABŞ Federal Ticarət Komissiyası müvafiq olaraq İlon Maska məxsus şirkətin Avropa məlumatların qorunması qaydalarına və ABŞ-ın razılıq əmrinə uyğunluğuna nəzarət edir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qaliblərini təbrik edib

Paytaxtın dörd rayonunun müəyyən ərazilərində qaz olmayacaq

Alimlər xərçəngdən qoruyan qidaların yeni siyahısını açıqladı

Politoloq: İsrail təkbaşına İranı məğlub edə bilməz...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay