Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2023-cü il Ukrayna-Rusiya müharibəsi üçün həlledici il ola bilər?

Zelenski ABŞ səfərini “evə gözəl xəbərlərlə qayıdıram” kimi şərh etdi...

Hərbi-ekspert: “Böyük ehtimalla Zelenskinin ABŞ səfərindən gözəl xəbərlə qayıtmasına dair verdiyi bəyanat 2023-cü ildə ABŞ-ın daha əvvəl Ukraynaya vermək niyyətində olmadığı silah sistemlərinin, xüsusilə də hava hücumlarından müdafiə sistemlərinin və pilotlu, pilotsuz aviasiya vasitələrinin Ukraynaya verilməsi ilə bağlı əldə olunmuş razılığa əsaslanır”.

Rusiyanın gələn il ərzində birmənalı olaraq Ukrayna tərəfindən məğlub ediləcəyini mən şəxsən gözləmirəm. Hələki bu barədə danışmaq çox tezdir”.

Bu sözləri hərbi-ekspert Ədalət Verdiyev gələn ildə Rusiya-Ukrayna müharibəsində baş verməsi gözlənilən hadisələri PİA.az-a şərh edərkən qeyd edib.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ səfərini “evə gözəl xəbərlərlə qayıdıram” kimi şərh etdi. Zelenskinin bu sözlərindən belə bir nəticəyə gəlmək olar ki, Ukrayna 2023-cü ilə ABŞ-nin tam siyasi və hərbi dəstəyini qazana bilər. Lakin Rusiya Prezidenti Vladimir Putin də boş dayanmır və müharibənin növbəti mərhələsinə ciddi hazırlaşır. Bir çox müşahidəçilər və analitiklər də 2023-cü ilin Ukrayna müharibəsində həll edici olacağını düşünür.

Gələn il doğrudanmı Rusiyanın Ukraynada məğlub olmasına şahidlik edə biərik? Ən əsası ABŞ-Rusiya qarşıdurmasının həlledici mərhələsində nələr ola bilər?

Mövzunu PİA.az-ın əməkdaşı hərbi-ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “Biz növbəti ildə ABŞ-ın “Patriot” hava hücumlarından müdafiə sistemlərinin və müxtəlif təyinatlı, müxtəlif ölçüdə olan pilotsuz vasitələrin, bəlkə də bəzi aviasiya vasitələrinin ABŞ tərəfindən Ukraynaya veriləcəyinin şahidi ola bilərik”.

Rusiya üçün Ukrayna məsələsini həll etməyin asan olmayacağını vurğulayan ekspert PİA.az-a bildirib ki, bu uzun müddət davam edən bir müharibə ola bilər:

“Böyük ehtimalla Zelenskinin ABŞ səfərindən gözəl xəbərlə qayıtmasına dair verdiyi bəyanat 2023-cü ildə ABŞ-ın daha əvvəl Ukraynaya vermək niyyətində olmadığı silah sistemlərinin, xüsusilə də hava hücumlarından müdafiə sistemlərinin və pilotlu, pilotsuz aviasiya vasitələrinin Ukraynaya verilməsi ilə bağlı əldə olunmuş razılığa əsaslanır. Başqa sözlə desək biz növbəti ildə ABŞ-ın “Patriot” hava hücumlarından müdafiə sistemlərinin və müxtəlif təyinatlı, müxtəlif ölçüdə olan pilotsuz vasitələrin, bəlkə də bəzi aviasiya vasitələrinin ABŞ tərəfindən Ukraynaya veriləcəyinin şahidi ola bilərik.

Demək olar ki, Ukrayna NATO üzvü olan bütün ölkələrdən kifayət qədər ciddi dəstək əldə edib. Lakin bu dəstəyin ən böyüyü təbii ki, ABŞBritaniyanın payına düşür. Rusiya da verilən bəyanatlar, imzalanan sənədlər fonunda müəyyən hazırlıqlarını götürür. Biz döyüş əməliyyatlarının aktiv və intensiv fazasını ən azı gələn ilin aprel ayından sonra müşahidə edəcəyik.

Müəyyən ərazilərdə ciddi soyuqlar, don vurmalar olarsa, yəni torpağın üst qatı bir metrə qədər donarsa, zirehli texnikaların həmin ərazilərdə müəyyən manevrlərdə, əməliyyatlarda iştirakı mümkündür. İndiki vəziyyətdə qoşunlar daha çox bir-birinə uzaq məsafədən mövqe döyüşləri, hava zərbələri, arteriya sistemlərindən etdirilən zərbə dalğaları ilə müşahidə olunan aşağı intensivlik əməliyyatlar müşahidə olunur. Bu da hər iki tərəf üçün müdafiə döyüşləri kimi xarakterizə olunur.

Ədalət Verdiyev: “Nə rahatlıqla Ukraynanı Rusiya məğlub edə bilməyəcək, nə də Ukrayna elə rahatlıqla Rusiyaya məğlub olmayacaq”.

Rusiyanın gələn il ərzində birmənalı olaraq Ukrayna tərəfindən məğlub ediləcəyini mən şəxsən gözləmirəm. Hələ bu barədə danışmaq çox tezdir. Bunun üçün Ukraynaya zəruri olan bir çox silahlar, həm də zəruri olan miqdarda verilməlidir. Biz isə hələlik bunu müşahidə etmirik.

Digər tərəfdən isə Rusiya zaman-zaman nüvə silahı barədə xatırlatmalar edib. Bunu da diqqətdən atmaq olmaz. ABŞ-Rusiya qarşıdurması birmənalı olaraq olmayacaq. Bu Ukrayna vasitəsilə həyata keçirilməkdədir. Bu müharibənin də yaxın bir ildə başa çatacağını demək olmaz. Amma Rusiya üçün Ukrayna məsələsini həll etməyin asan olacağını demək olmaz. Bu uzun müddət davam edən döyüş əməliyyatlarıdır. Buna görə də nə rahatlıqla Ukraynanı Rusiya məğlub edə bilməyəcək, nə də Ukrayna elə rahatlıqla Rusiyaya məğlub olmayacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket: Müharibə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Cəlilabadda quyuya düşərək boğulan ata və qızının ölümü ilə bağlı təfərrüatlar məlum olub    

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay