Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ÜST: Müharibə səbəbindən ukraynalıların dörddə birində psixi pozğunluqlar ola bilər

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ukrayna üzrə nümayəndəsi Yarno Habixt bildirib ki, Ukrayna əhalisinin təxminən dörddə biri, yəni 10 milyona yaxın insan Rusiyanın bu ölkəyə qarşı müharibəsi səbəbindən psixi pozğunluqlardan əziyyət çəkə bilər...

Bu barədə “Report” “The Guardian”a istinadən xəbər verir.

Habixtin sözlərinə görə, ukraynalılarda müşahidə olunan pozğunluqlar arasında Rusiyanın bu ölkəyə hərbi müdaxiləsi ilə əlaqədar narahatlıq doğuran hadisələrin səbəb olduğu narahatlıq, stress və travma sonrası stress pozğunluğu ola bilər. O, əlavə edib ki, 10 aylıq münaqişədən sonra belə halların sayı artmaqdadır və bu, BMT-nin aidiyyəti agentliyini onlayn dəstək xidmətlərini işə salmağa məcbur edir.

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi onu da vurğulayıb ki, Ukraynada soyuq hava və qeyri-kafi istiliklə respirator xəstəliklər artacaq, işıqların kəsilməsi səbəbindən küçələrdə avtomobil qəzaları baş verəcək.

"Səhiyyə sistemi işləyir. Amma 10 ay olduğu üçün bu, böyük stress testidir. Biz hər zaman yeni problemlər görürük", - Habixt əlavə edib.

pia.az


Etiket: Ukrayna


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay