Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azyaşlı qız sığınacaqda şiddətə məruz qalıb? - Video

“Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə sosial şəbəkədə “Sevgi” Uşaq Sığınacağında saxlanılan uşağın vəziyyətinin ağır olması ilə bağlı məlumat yayıb...

PİA.az xəbər verir ki, o, aidiyyəti dövlət qurumlarının sosial şəbəkə hesablarını işarələyərək azyaşlının xilas edilməsini tələb edib:

“Hər gün onlarla sosial şəbəkə izləyicisi tərəfindən “Sevgi” Uşaq Sığınacağı adı ilə instaqramda paylaşımları olan Könül adlı xanımın davranışı, uşaqlara olan münasibəti ilə bağlı müraciətlər olur. Neçə dəfə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə istiqamətləndirmişəm, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini ilə bu barədə danışıqlarımız olub, DİN-in Sabunçu rayon Polis İdarəsinin əməkdaşları ilə danışdığımda da bir söz deyilib “Kəmalə xanım, istintaq gedir, gözləyirik!”.

“Totu” ləqəbli uşaq isə ölür! 2 il ərzində görün uşaq nə hala qalıb? Uşağın videosunu paylaşıb kartının nömrəsini qoyan qadın bu aylar ərzində bu uşaq üçün nə edib, deyib soruşdunuz? Ümumiyyətlə qəyyumluğu verilməmiş bir uşaq bu adamın yanında nə gəzir? Dəfələrlə mənə yazıblar ki, uşaq döyülür! Amma mən faktlara əsaslana bilərəm! Hazırda fakt uşağın bu vəziyyətdə olan görüntüsüdür! Hörmətli dövlət qurumları, yalvarıram sizə, qurtarın bu uşağı, ölür uşaq...”

DİN Mətbuat xidmətindən bildirilib ki, məsələ ilə bağlı polis və prokurorluq orqanlarında araşdırılma aparılıb:

“Aparılmış araşdırma ilə toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Hazırda həmin material məhkəmə icraatındadır”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

9 saylı dairədə nəticələr ləğv edilə, Kəmaləddin Qafarov mandatsız qala bilər

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat

Yatdığınız çarpayının tərəfi sizin şəxsiyyətinizdən xəbər verir

Nəsli kəsilən heyvanlar dirildilir - Alimlərdən şok sınaq

Ailəsi Lamiyənin qələbəsinə belə sevindi - Video

Ən çox oxunanalar