Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda tədarük məntəqələrinə 275 min tondan çox pambıq təhvil verilib

Bu günə qədər Azərbaycanda fermerlər kondisiya çəkidə 275 327 ton pambıq yığaraq tədarük məntəqələrinə təhvil verib.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Hazırda respublika üzrə pambığın orta məhsuldarlığı 26,41 sent/ha təşkil edir. Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, İmişli, Saatlı, Tərtər, YevlaxZərdab rayonlarında orta məhsuldarlıq göstəricisi ümumrespublika göstəricisindən yüksəkdir.

Bu il Azərbaycanın 16 rayonunda ümumilikdə 100 min hektardan artıq sahədə pambıq əkilib. Ən çox pambıq Saatlı, Ağcabədi, SabirabadBərdə rayonunlarının ərazisində əkilib. Bu rayonların ərazisində pambıq əkinlərinin sahəsi 11 min hektardan çoxdur. Ümumilikdə respublika üzrə pambıq əkini sahələrinin 45 %-dən çoxu bu 4 rayonun payına düşür.

Pambıq yığımı prosesinə 447 kombayn və 3085 traktor yedəyi cəlb olunub. Pambıqyığan kombaynların sayı sahələrdən məhsulun 100 %-ə yaxınını texnika vasitəsilə yığmağa imkan verir.

pia.az 


Etiket: Pambıq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Maştağada Birinci Qarabağ müharibəsinin şəhidi Aydın Qurbanov dəfn edilib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

Ramin Əhmədov da seçkiyə qatılır - İş adamı Nizami rayonundan namizədliyini irəli sürəcək

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

Azərbaycanda gələn aydan internet tarifləri dəyişdiriləcək

Ən çox oxunanalar