Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Üç yaşlı COVID…

Bu gün müasir dünyanı alt-üst edən COVID-19 virusunun düz üç ili tamam olur...

İndi biz koronavirusu getdikcə daha az xatırlayırıq və yeni qapanma ehtimalı getdikcə bizdən daha çox uzaqlaşır. Amma o qapanma günlərini xatırlayanda da bəzi şeylər adama gülməli gəlsə də, koronavirusun yaratdığı qorxu və təşviş hələ də canımızda hiss olunur. O qorxu təkcə bilmədiyimiz xəstəliyə tutulmağımızla bağlı deyil, həm də bilmədiyimiz zamana girdiyimizdən biz də narahatlıq yaradırdı. Və komplotepriyalar…

PİA.az xəbər verir ki, üç il əvvəl məhz bu gündə Çinin Hubey əyalətinin 55 yaşlı sakini halsızlıq, öskürək və nəfəs darlığı şikayətləri ilə həkimə müraciət edib. Beləliklə, COVID-19 xəstəsi sıfırdan qeydə alınıb. Onda heç kim bir qəribə xəstəliyin qlobal təhlükəyə çevriləcəyini düşünmədi və koronovirus haqqında ilk ilk yazılanaları oxuyurkən, o xəstəliyin Çindən çıxaraq bizə qədər gələcəyinə inanmamışdıq. 2020-ci ilin əvvəlinə qədər yeni xəstəlik, COVID-19 adı verilən, başqa adıyla koronavirus, dünya mediasını demək olar ki, narahat etmirdi və alimlər onun insandan insana keçmə ehtimalının az olduğuna inanırdılar, lakin iki aydan sonra, yanvar ayında hansı təhlükəylə üzbəüz olduğumuz artıq hər kəsə aydın idi. İnsanlar öskürək və nəfəs darlığı ilə bağlı bütün dünyada həkimlərə müraciət etməyə başladılar…

Süni ağciyər ventilyasiyası, doyma, PPE, karantin, özünütəcrid, dünya səviyyəsidə kütləvi qapanma, pandemiya - bu cür anlayışlar planetin hər bir sakini üçün adi hala çevrildi və 2020-ci mart-aprel aylarında əsas anlayışlara çevrildi.

Virus nə kasıblara, nə də varlılara aman vermədi. Statistikaya əsasən 2019-cu ilin noyabr ayından bəri dünyada 640 milyondan çox insan koronavirusa yoluxub, təxminən 6,6 milyon insan kovid və ya onun nəticələrindən dünyasını dəyişib.

COVİD həm də iqtisadi münasibətləri dəyişdi və dünyanı yeni problemlərin içinə soxdu. COVİD bizi psixoloji olaraq də dəyişdi və dəyişməkdə davam edir.

Üç yaşlı COVID hələ də yoluna davam edir və biz hər gün onun yeni qurbanları ilə bağlı məlumatlar almaqda davam edirik…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Ağadadaş Ağayevi döyən gözətçi ilə bağlı yeni faktlar

Ən çox oxunanalar