Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İran hakimiyyəti soydaşlarımızın öz hüquqlarından yararlanmasına imkan vermir” - Partiya sədri

“Düşünürəm ki, İran haqqında ciddi tədbirlər görülməlidir və dünya dövlətlərinə müraciət olunmalıdır”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Prezident İlham Əliyevin İrana verdiyi mesajları PİA.az-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə iştirak etdi. Prezident İlham Əliyev Zirvə Görüşündə Cənubi Azərbaycanla bağlı konkret mesajlar verdi və İran əsarətindəki soydaşlarımızla bağlı danışdı. Bununla ikinci dəfədir ki, Prezident İrana açıq şəkildə mesajlar verir.

İran Azərbaycana qarşı olan anti-Azərbaycan siyasətindən geri çəkiləcək, yoxsa öz yolu ilə getməkdə davam edəcək?

İranın anti-Azərbaycan siyasətini PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “Türk dövlətləri arasında cənab Prezident yeganə liderdir ki, öz soydaşlarının müdafiəsinə qalxıb”.

Bu gün Rusiya-Ermənistan-İranın Azərbaycana qarşı koalisiya yaradıqlarını vurğulayan partiya sədri bildirib ki, onlar Qarabağ cəbhəsindən Azərbaycana hücum etmək üçün müəyyən planlar hazırlayırlar:

“Cənab Prezidentin İranla bağlı dediyi fikirlər çox önəmli fikirlərdir. 40 milyondan artıq soydaşlarımızın İranda çəkdiyi zülmlər hamıya məlumdur. Molla rejimi, rüşvətxor, korrupsioner hakimiyyəti olan, eyni zamanda terrorçu dövləti dəstəkləyən İran rejimi orada yaşayan soydaşlarımıza çox pis baxır.

Onlar soydaşlarımızı qətlə yetirirlər. İran hakimiyyəti 40 milyon insanın öz hüquqlarını müdafiə etməsinə imkan vermir. Buna görə də türk dövlətləri arasında cənab Prezident yeganə liderdir ki, öz soydaşlarının müdafiəsinə qalxıb. Prezident soydaşlarımızın qayğısına qalmaqla da özünü böyük riskə atır.

İran onsuz da öz fikirlərindən geri çəkiləcən deyil. Çünki onlar terrorist Ermənistanı müdafiə edirlər və deyirlər ki, ermənilər bizim qardaşlarımızdır. İran müsəlman dövləti olaraq məscidlərdə donuz saxlayan ermənilərə nifrət etmək əvəzinə deyirlər onlar bizim qardaşlarımızdır. Düşünürəm ki, İran haqqında ciddi tədbirlər görülməlidir və dünya dövlətlərinə müraciət olunmalıdır.

Hafiz Hacıyev: “Azərbaycan haqqın-ədalalətin yanındadır və biz heç kəsin torpaqlarına göz dikməmişik”.

Bu gün Rusiya-Ermənistan-İran Azərbaycana qarşı koalisiya yaradırlar. Onlar Qarabağ cəbhəsindən Azərbaycana hücum etmək üçün müəyyən planlar hazırlayırlar. Amma onların planları nə olur olsun, həyata keçməyəcək. Çünki dövlətimiz güclüdür. Eyni zamanda cənab Prezidentin Şuşada hərbiçilər qarşısında verdiyi mesajlar da artıq rezonans doğurub. Azərbaycan haqqın-ədalalətin yanındadır və biz heç kəsin torpaqlarına göz dikməmişik. Biz torpaqlarımızı işğalçılardan azad etmək üçün mübarizə aparırıq.

Buna görə də cənab Prezidentin dediyi bütün fikirlərlə razıyıq. Müasir Müsavat Partiyası olaraq biz cənab Prezidentin bu cür uğurlu addımlarını hər bir zaman müdafiə etmişik. Eyni zamanda Prezidentə harada əngəl törədən qüvvələr var, həmin qüvvələrə qarşı çıxmışıq. Bundan sonra da belə olacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə danışdı - Video

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Səttar Möhbalıyev bu qurumu ailə biznesinə çevirib – Hüquq müdafiəçisi

Ən çox oxunanalar