Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran saytı əhalini sakitləşdirib: Azərbaycan bizə hücum etməyəcək, qorxmayın…

Analitik nəşrin iddiasına görə İranda yaşayan azərbaycanlıların təşvişə düşməsi üçün də əsas yoxdur…

PİA.az xəbər verir ki, belə bir analitik məqalə ilə İranın Namehnews saytı çıxış edib.

Saytın iddiasına görə İranda yaşayan azərbaycanlıllar narahat olmamalıdırlar. Çünki İran Azərbaycana hücum etməyəcək. Eyni zamanda İran əhalisi də Azərbaycanın İrana hücumundan qorxmamalıdır. Çünki Azərbaycan ordusu İran ordusundan zəifdir.

Sayt hətta Azərbaycanİranın silahlı qüvvələrini br çox parametrlərdə müqayisə edib. Saytın yaydığı məlumata görə:

- Azərbaycan ordusunda 126 min şəxsi heyət qulluq edir, İran ordusunda isə 610 min;

- Azərbaycan ordusu 940 tanka malikdir, İran isə 2842;

- Azərbaycan ordusunun 2343 zirehli maşını var, İranın isə 3555;

- Azərbaycan ordusunun 909 daşınan artileriya qurğusu var, İranın isə 4837;

- Özü yeriyən top qurğuları Azərbaycanda 267 ədədirsə, İranda bu rəqəm 1030-dir;

- Azərbaycan ordusu 323 raketə malikdirsə, İranın 1755 raketi var.

Bütün bu müqayisədən sonra sayt yazır ki, İranın silahlə qüvvələri daha böyükdür və daha keyfiyyətli silahlarla silahlanıb. Buna görə də Azərbaycan İrana hücum etməyə cəsarət edə bilməz: “İslam Respublikası isə özünün etnik azərbaycanlı vətəndaşlarında təşviş və həyəcan hissi yaradaraq qonşu ölkəyə hücum etməz”.

P.S. Azərbaycanİran ordularının hansı müasir silahlara sahib olması sərhəddəki təlimlərdə ortaya çıxdı və Ukrayna müharibəsi də göstərdi ki, çox saylı orduya və texnikaya sahib olmaq heç də qələbəni təmin etmir. Qələbəni təmin edən əsas amil ordunun hazırlığı və müasir silahla silahlanmasından asılıdır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Kremldən Ermənistana xəbərdarlıq: "Ümid edirik ki, İrəvan Kiyevin seçdiyi yolu seçməyəcək"

Məşhur şahmatçı Vüqar Həşimovun doğum günüdür

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

İqbal Əbilovun həbs detalları məlum olub: Ermənistanla gizli Skype sövdələşmələri...

Elxan Şahinoğlu: Əgər İranın Ermənistana silah verməsi xəbəri təsdiq olunarsa,...

Ən çox oxunanalar