Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

TDT-nin liderləri Səmərqəndin "Registan" meydanında ağac əkiblər - Yenilənib    

Noyabrın 11-də Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları “Yaşıl məkan” layihəsi çərçivəsində Səmərqəndin “Registan” meydanında ağac əkiblər...

PİA.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ağacəkmə mərasimində iştirak edib.

Qeyd edək ki, mühüm tarixi hadisələrin şahidi olan möhtəşəm “Registan” meydanında ağacəkmə mərasimi türk dünyası sivilizasiyasının yeni mərhələyə qədəm qoymasını təcəssüm etdirir. Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi statusa malik ölkələrin paytaxtlarında da eyni vaxtda təşkil edilən ağacəkmə tədbirləri onlayn qaydada monitorda nümayiş olunub.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tədbirdə çıxış edərək dövlət və hökumət başçılarını qədim Turanın incisi Səmərqənddə salamlamaqdan məmnunluğunu bildirib, bu Zirvə Görüşündə mühüm sənədlərin, o cümlədən türk dünyası sivilizasiyasında yeni mərhələnin başlanğıcı olan Səmərqənd Bəyannaməsinin imzalandığını vurğulayıb.

Prezident Şavkat Mirziyoyev təşkilata üzv və müşahidəçi ölkələrdə ağacəkmə aksiyalarının keçirilməsinin qlobal problemlərdən olan ana təbiətin qorunub saxlanmasına verilən önəmin göstəricisi olduğunu deyib. Ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycanda uzun illərdir “Yaşıl marafon” proqramı əsasında ağacəkmə aksiyalarının keçirildiyini qeyd edən Prezident Şavkat Mirziyoyev belə təşəbbüslərin təşkilata üzv və müşahidəçi ölkələrdə də davamlı reallaşdırıldığını, qardaş Türkiyədə hər il noyabrın 11-nin Milli Yaşıllaşdırma Günü olduğunu bildirib.

Sonra dövlət başçıları “Registan” meydanında ağac əkiblər.

Sonda xatirə şəkli çəkdirilib.

***

Zirvə Görüşündə Noyabrın 11-də Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçıları Səmərqəndin "Registan" meydanında ağac əkiblər. 

PİA.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ağacəkmə mərasimində iştirak edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qaliblərini təbrik edib

Alimlər xərçəngdən qoruyan qidaların yeni siyahısını açıqladı

Paytaxtın dörd rayonunun müəyyən ərazilərində qaz olmayacaq

Politoloq: İsrail təkbaşına İranı məğlub edə bilməz...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay