Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeron rayonunda ağacəkmə aksiyası keçirilib - Fotolar

“8 Noyabr – Zəfər Günü” münasibəti ilə Abşeron rayonunda ağacəkmə aksiyası keçirilib...

Şanlı Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə düşmən üzərində cəmi 44 günə tarixi qələbə qazanmışdır. Bu qələbə nəticəsində 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız düşmən tapdağından azad edilmiş, haqq-ədalət bərpa edilmişdir. Əsgər və zabitlərimiz yüksək peşəkarlıq və döyüş əzmi göstərərək düşməni Kapiltulyasiya Aktını imzalamağa məcbur etmiş və bununla da Azərbaycan tarixinə qələbə günü – Zəfər Günü qızıl hərflərlə yazılıb.

“8 Noyabr – Zəfər Günü” münasibəti ilə Abşeron rayonunun Xırdalan şəhəri də daxil olmaqla rayonun bütün kənd və qəsəbələrində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib. Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə idarə və təşkilatlar, şəhid ailələri və qazilər, gənclər, könüllülər və rayon ictimaiyyəti fəal iştirak ediblər. Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkından başlanan aksiyada şəhid ailələri və qazilərlə birgə kənd və qəsəbələrdə müxtəlif növ ağac və gül kolları əkib.

Məlumat üçün bildirək ki, aksiya çərçivəsində Abşeronun müxtəlif ərazilərində ümumi sayı 4400 ədəd olmaqla, əsasən də çinar, Eldar şamı, kiparis, sərv, evkalipt, zeytun və digər həmişəyaşıl ağacın əkilməsi həyata keçirilib. Yeni əkilmiş ağaclara üzvi gübrə verilmiş, suvarılmış və lazimi aqrotexniki qulluq göstərilib.

Bundan əlavə, rayonda ümumi iməclik həyata keçirilmiş, o cümlədən kənd və qəsəbələrdə olan Şəhid Xatirə Komplekslərinin ətrafında abadlıq işləri aparılmış, yaşıllıqlar salınaraq gül-çiçək əkilib.

Məlumat üçün bildirək ki, ekoloji tarazlığın qorunması və yaşıllıq zolaqlarının artırılması məqsədilə rayon ərazisində yeni ağacların əkilməsi istiqamətində işlər bundan sonra da mütəmadi davam etdiriləcəkdir.

Fotolar

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

"Deyirlər ki, onsuz da Heydər Əsədov seçilib də..." - Şirvanda namizədlər arasında qalmaqal

Kişilər və qadınlar ən çox hansı yaşda aldadırlar?

Ən çox oxunanalar