Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SOCAR-ın 2026-cı ilədək kapital qoyuluşlarına dair proqnozlar açıqlanıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2022-2025-ci illər üçün ümumi kapital qoyuluşunun 16 milyard manat olacağı gözlənilir...

“Report” xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin SOCAR-ın reytinqlərinin təsdiqi ilə bağlı məlumatında deyilib.

“Biz gözləyirik ki, borc vəsaitlərinin azaldılması və iri layihələrin başa çatdırılması SOCAR-ın kapital qoyuluşu proqramını daha görünən etməlidir ki, bu da SOCAR-ın müstəqil kredit profilinin (SCP) yuxarıya doğru yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər”, - "Fitch" bildirib.

Agentliyin məlumatına görə, 2021-ci ilin sonunda SOCAR-ın nağd pul qalığı 5,9 milyard manatlıq qısamüddətli borcla müqayisədə 9 milyard manat təşkil edib: “Biz SOCAR-ın likvidliyini dəstəkləyən neft və qaz qiymətlərinin artması fonunda 2022 və 2023-cü illərdə güclü pul axını gözləyirik”.

SOCAR-ın leverec tarixən analoji şirkətlərlə müqayisədə nisbətən yüksək olsa da, “Fitch” əməliyyatlardan əldə edilən pul vəsaitlərinin (FFO) xalis leverecinin 2022-ci ildən etibarən azalacağını gözləyir:

“Bu, “Fitch”in qiymət palitrasına uyğun olaraq yüksək neft və qaz qiymətləri səbəbindən yüksək pul vəsaitlərinin axınını əks etdirəcək. Qənaətbəxş likvidlik və təkmilləşdirilmiş maliyyə şəffaflığı ilə birlikdə FFO xalis leverecini 4,0x-dən aşağı saxlamaq SCP-nin müsbət yenidən qiymətləndirilməsinə səbəb ola bilər”.

“Fitch” SOCAR-ın 2022-2025-ci illər ərzində illik dividend ödənişini 0,6 milyard manat səviyyəsində proqnozlaşdırır.

pia.az


Etiket: SOCAR


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

"Deyirlər ki, onsuz da Heydər Əsədov seçilib də..." - Şirvanda namizədlər arasında qalmaqal

Ən çox oxunanalar