Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərinin öldürdüyü Ayşə tanınmış iş qadını imiş... - Fotolar

İki həftə əvvəl paytaxtın Nizami rayonunda 27 yaşlı Ayşə Bayramovanın qətlə yetirilməsinin təfərrüatı üzə çıxıb...

PİA..az-ın məlumata görə, bu, Ayşəni öldürən həyat yoldaşı, 1989-cu il təvəllüdlü Vüsal Bayramovun ikinci evliliyi imiş.

Məlum olub ki, ata-anasını erkən yaşda itirən Ayşə nənəsinin himayəsində böyüyüb. Hadisə də qadın nənəsinə baş çəkərkən qeydə alınıb. Ailə qurduqdan sonra da tez-tez nənəsinin yanına gedən Ayşə Nizami rayonu, Şərifli küçəsində olarkən həyat yoldaşının hücumuna məruz qalıb. Kişinin çoxsaylı bıçaq zərbələrindən ağır yaralanan Ayşə qanitirmədən hadisə yerində vəfat edib.

Bildirilir ki, əslən Masallıdan olan və “Kirvə Vüsal” adı ilə tanınan Vüsal Bayramov Ayşə ilə evləndikdən sonra Bakıya köçüb. Onların 5 illik evliliyindən bir oğlu da olub.

Ayşə Bayramova iş qadını kimi tanınıb. Belə ki, o, müxtəlif vaxtlarda paytaxda yerləşən bir neçə geyim mağazasının sahibi olub.

Xatırladaq ki, faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Vüsal Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir. (Qafqazinfo)

Fotolar

pia.az 


Etiket: Ayşə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Dünyanın ən bahalı heyətinə malik futbol klubunun adı açıqlandı

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İsveç millisinin baş məşqçisi: "Belə oyun təklif edirsənsə, rəqibə fürsətlər də vermiş olursan"

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Payızda sürücülərin avtomobildə etdiyi 3 ümumi səhv

Ən çox oxunanalar