Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DYP yeni tədris ili ilə bağlı valideynlərə müraciət edib

Təhsil ocaqlarının ətrafında avtomobillərini qadağan olunan yerdə park edib digər hərəkət iştirakçılarına maneə yaratmayın...

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ili ilə bağlı valideynlərə müraciət edib.

İdarə rəsmisi polis polkovnik-leytenantı Mübariz Ağayev bildirilib ki, yeni tədris ilinin başlanması ilə əlaqədar yollarda hərəkət intensivliyinin artacağını, xüsusilə təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat sıxlığının yaranacağını nəzərə alaraq, DYP tərəfindən aidiyyəti qurumlarla birgə qabaqlayıcı tədbirlər həyata keçirilir:

"Nəqliyyat sıxlığının ehtimal edildiyi ərazilərdə hərəkətin nizamlanması, vətəndaşların təhsil müəssisələrinə, iş yerlərinə vaxtında və rahat çatması üçün zəruri tədbirlər görülür, şəxsi heyət təlimatlandırılır.

Lakin, əminliklə deyə bilərik ki, tıxacların qarşısının alınması və aradan qaldırılması üçün həyata keçirilən təşkilati-hüquqi tədbirlərlə yanaşı, sürücü və piyadaların bu sahədə aktiv iştirakçılığı cəlb edilməsi məsələnin həllinə əhəmiyyətli dərəcədə təsir göstərən amillərdən biridir.

Hərəkət iştirakçıları arasında məsuliyyət hissinin gücləndirilməsi, onların şəxsi deyil, ictimai maraqları üstünlük verməsi, xüsusilə fərdi avtomobil sürücülərinin vəziyyəti anlayışla qarşılaması, başqaları üçün süni gərginlik yaratmaqdan çəkinməsi, yol hərəkəti, o cümlədən dayanma, durma və parklanma qaydalarına qeyri-şərtsiz əməl etməsi paytaxt ərazisində müşahidə olunan sıxlığın aradan qaldırılmasında mühüm rola malikdir.

Aparılan təhlillər göstərir ki, təhsil müəssisələrinin yerləşdiyi ərazidən keçən küçə və prospektlərdə sıxlığın, bəzi hallarda isə saatlarla davam edən tıxacların yaranmasının başlıca səbəbi məhz təhsil ocaqlarının ətrafında sürücülərin dayanma, durma və parklanma qaydalarını kobud şəkildə pozmasıdır.

Odur ki, övladlarını şəxsi nəqliyyat vasitəsilə məktəbə aparan valideynlərdən, ali və orta ixtisas təhsili müəssisələrində çalışan və təhsil alan şəxslərdən xahiş edirik ki, təhsil ocaqlarının ətrafında avtomobillərini qadağan olunan yerdə park edib digər hərəkət iştirakçılarına maneə yaratmasınlar. Mövcud vəziyyəti, birgə maraqları nəzərə alaraq ictimai nəqliyyata üstünlük versinlər, şəxsi nəqliyyat vasitələrindən imtina etmək mümkün deyilsə, o halda dayanma, durma qaydalarına qeyri-şərtsiz riayət etsinlər.

Hər bir hərəkət iştirakçısı ətraf mühitə, əhval-ruhiyyəmizə, dəyərli vaxtımıza mənfi təsir göstərən tixacların qarşısının alınmasına töhfə verə bilər, sadəcə verilən tövsiyələrə əməl etmək, ictimai maraqlar naminə humanist və məsuliyyətli olmaq yetər".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Sevincimdən bir gün ağlamışam” - Xalq artisti

Qurban Qurbanov: Bu gün nizam-intizamlı, səliqəli oyun oldu

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

Ərdoğan: LGBT zülmünə qarşı müqavimət göstərmək hər kəsin qarşısında ali vəzifədir

Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - Yenilənib

“WhatsApp”dan yeni funksiya: istifadəçilərin həyatını asanlaşdıracaq

Politoloq: Rusiya üçün insan itkiləri faktoru məsələsi önəmli deyil...

Ən çox oxunanalar