Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin Avropada hazırladığı xaos ilk Çexiyadan başladı...

Çex müxalifət bəyan edib ki, etiraz aksiyalarını bundan sonrakı mərhələdə ardıcıl təşkil etməyi düşünürlər...

Kamal Əliyev
Politoloq

Dünən Çexiyanın paytaxtı Praqadakı mitinqdə iştirak edən 70 mindən artıq etirazçı hökumətin istefasını, Rusiyaya qarşı sanksiyaların ləgv edilməsini və ukraynalı qaçqınların geri göndərilməsini tələb ediblər. (tagesschau.de)

Təbii ki, onminlərlə etirazçı çexi küçələrə çıxaran ən böyük səbəb və yaxud motivasiya enerji qiymətlərinin yüksəlməsi ilə paralel olaraq infilyasiya (resessiya və staqflasiya qorxusu da var), gündəlik ərzaq məhsullarının bahalaşmasıdır.

Çex müxalifət bəyan edib ki, etiraz aksiyalarını bundan sonrakı mərhələdə ardıcıl təşkil etməyi düşünürlər.

Bir vacib məqamı vurgulayım ki, Rusiyanın Şimal Axını-1 qaz boru xətti vasitəsilə Avropaya enerji ixracını böyük ölçüdə kəsməsi bu qışın qoca qitədə "isti" keçəcəyinin xəbərçisidir. Şübhəsiz ki, Aİ dövlətləri qarşı həmlələr, müəyyən tədbirlər (kəmərsıxma daxil) görəcəklər, lakin fərz edirəm ki, əsas yük istehlakçılardan daha çox sənaye müəssisələrinin çiyinlərində olacaq. Eyni zamanda, dünya bazarında neftin qiymətlərində də yüksəliş trendi davam edəcək.

Konkret olaraq dünən Praqadakı izdihamlı aksiyaya gəlincə, biz bu protest anşlaqda radikal sağ təşkilatları, Kommunist Partiyasını, Avropa İttifaqına skeptik yanaşan müxtəlif QHT-ləri gördük. Çexiyanın baş naziri Petr Fialaya görə, bu kütlələr əsasən rusyönümlü, Kremlin media propaqandasının təsiri altına düşmüş insanları təmsil edirdi. Çexiya müxalifəti isə ölkədə iqtisadi böhranın səbəbi kimi hökumətin yarıtmaz siyasətini, Rusiyaya qarşı sanksiyaların əks təsir göstərməsini bəyan edir.

Dünənki demonstrasiyanın mottosu da "Əvvəlcə Çexiya Respublikası" idi.

Onu da vurgulayım ki, Çexiyadakı aksiyada Ukrayna bayraqlarının tapdalanması utanc sayılmalıdır. "Praqa Baharı" (Prazska jar) yaşamış, kommunist, totalitar sovet rejiminin, imperializminin sərt üzünü görmüş çex xalqından bunu gözləməzdim. Lakin Çexiyada başlamış etiraz aksiyalarının yaxın həftələrdə nəzarətdən çıxaraq xaosa çevrilməsi ehtimalı da var.

İndi narahatlıq yaradan məqam budur ki, Avropa ölkələrində başlayacaq kütləvi etiraz aksiyaları iqtidarların dəyişməsi, radikal siyasi qüvvələrin (fərq etmir ki, sağ və ya sol olsun) hakimiyyətə gəlməsi ilə nəticələnə bilər.

Amma bir reallığı vurğulamaq gərəkdir ki, Kremlin media propaqandası, dezinformasiya siyasəti Avropada çox güclüdür. Üstəlik, enerji qiymətlərinin yüksəlməsi, qış aylarının soyuq keçməsi yüksək sosial rifaha alışmış avropalılar üçün "soyuq duş"effekti yaradacaq.

Praqadakı aksiyada iştirak edənlər deyirdilər ki, hökumət ukraynalı qaçqınlara daha çox diqqət ayırır, nəinki onlara. Bu isə istər-istəməz millətçilik duyğularını da körükləyir. Hətta eyni tendensiyanın bu qış başqa Avropa ölkələrində də baş verəcəyini proqnozlaşdırmaq olar. Xüsusilə, ayrı-ayrı millətçi qruplarla gettolarda yaşayan miqrantlar arasında qarşıdurmalar baş verməsi istisna edilməməlidir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Bakıda dəhşət: Ata bir azyaşlı uşağını öldürüb, digərini yaralayıb, sonra isə intihar edib

Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev II Fəxri xiyabanda dəfn olunub

Azərbaycanda əmi, dayı və xala uşaqlarının nikahı qadağan edilib

Ən çox oxunanalar