Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Liz Trass Britaniyanın Baş naziri olmaya da bilər

Trass Mühafizəkarlar Partiyasındakı tərəfdarlarının etimadını itirib...

Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri, krallığın baş nazirliyinə namizəd Liz Trass Mühafizəkarlar Partiyasının tərəfdarlarının etimadını kəskin şəkildə itirib. "Report"un məlumatına görə, bu barədə "The Guardian" yazır.

Nəşrin məlumatına görə, siyasətçinin populyarlığı ölkənin Nazirlər Kabinetinin növbəti rəhbəri olacaq partiyanın yeni liderinin seçilməsi ilə bağlı səsvermənin nəticələrinin açıqlanmasından əvvəl xeyli aşağı düşüb.

“Opinium”un sorğusuna əsasən, Mühafizəkarlar Partiyası tərəfdarlarının yalnız 31 %-i Trassı gələcək Baş nazir kimi görür, avqustun əvvəlində bu rəqəm 49 %-dən çox olub. Bundan əlavə, respondentlərin yalnız 35 %-i onu kifayət qədər bacarıqlı hesab edir ki, bu da əvvəlki tədqiqatdan 20 % azdır. Üstəlik, ümumilikdə mühafizəkarların yalnız 31 %-i Trassa müsbət münasibət bəsləyir - bu avqustun əvvəli ilə müqayisədə 14 % azdır.

Eyni zamanda, onun baş nazirlik yarışında əsas rəqibi, Böyük Britaniya xəzinəsinin keçmiş kansleri Rişi Sunak da Mühafizəkarlar Partiyasında o qədər də populyar deyil - mühafizəkar tərəfdarların yalnız 35 %-i siyasətçini gələcək baş nazir adlandırır.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Cəlilabadda quyuya düşərək boğulan ata və qızının ölümü ilə bağlı təfərrüatlar məlum olub    

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Göygöldə qonşusunu bıçaqlamaqda şübhəli bilinən 18 yaşlı gənc tutulub - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay