Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərlotereya” və “Misli” qumarı tanınmış ifaçı tərəfindən boykot edildi

“Poz, qazan” və digər uduşlar fırıldaqdır, qazanmaq olmur, ortada cibdəki qəpik-quruş gedir...

Tanınmış ifaçı Elvin Nasir “Azərlotereya”nın sponsorluğundan imtina edib.

Bu haqda sənətçi özü məlumat paylaşıb. Son dövrlər “Yol verin qazi gəlir” mahnısı ilə məşhurlaşan Elvin Nasir “Misli” və “Azərlotereya” qumarından imtina etdiyini açıqlayıb. Bu haqda əldə etdiyimiz bir başqa məlumata görə, sənətçi qərarını belə izah edib – “İzləyicilərimin əksəriyyəti şəhid anaları, qazilər və müharibədə vuruşmuş igidlərdir. Ona görə qumar şirkətini özümə sponsor etsəm, üzümə tüpürərlər”.

Qeyd edək ki, “Misli” və “Azərlotereya” etdiyi biabırçılıqlara don geyindirmək üçün ciddi imicli sahələrə, cəmiyyətdə tanınan şəxslərə sponsorluq etməklə özünü təmizə çıxarmağa can atır.

Amma hər gün onlarla ailənin evini yıxmaqla təmiz çıxmaq olmaz. Çünki “Azərlotereya” və “Misli” aşkar şəkildə qumar təşkil edir. Artıq son vaxtlar küçələrdə qumar oynayanların sayı da azalıb. Bu da səbəbsiz deyil.

İnsanlar anladılar ki, “Poz, qazan” və digər uduşlar fırıldaqdır, qazanmaq olmur, ortada cibdəki qəpik-quruş gedir. Şirkət minlərlə insanı belə tora salmışdı və milyonlar qazanmaqda idi. İndisə kifayət qədər işləri zəifləyib. (tia.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Cəlilabadda quyuya düşərək boğulan ata və qızının ölümü ilə bağlı təfərrüatlar məlum olub    

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay