Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Komitəsi: "1 713 Ermənistan hərbçisinin meyiti tapılaraq qarşı tərəfə təhvil verilib"

“Beynəlxaq Qızıl XaÇ Komitəsinin məlumatına əsasən, I Qarabağ müharibəsi zamanı 776 nəfər, II Qarabağ müharibəsi zamanı isə 345 erməni əsilli şəxs itkin düşmüş hesab edilir”.

PİA.az-ın xəbərinə görə, bunu bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkilatçılığı ilə 30 avqust Beynəlxalq İtkinlər Gününə həsr edilmiş “İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.

Onun sözlərinə görə, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəynatdan sonra həyata keçirilmiş birgə tədbirlər nəticəsində 1713 Ermənistan hərbçisinin meyiti tapılaraq ərazidən götürülmüş və qarşı tərəfə təhvil verilib:

“I Qarabağ müharibəsi dövründə 1480 nəfər azərbaycanlı əsir-girovluqdan azad edilib, qarşı tərəfə isə 509 nəfər təhvil verilib. Eyni zamanda, qoşunların qarşıdurma xəttində həlak olmuş və əsir-girovluqda ölmüş hər iki tərəfə aid onlarla insanın meyiti BQXK-nın vasitəçiliyi ilə tərəflərə təhvil verilib. Ümumiyyətlə, BQXK-nın iştirakı ilə 650-dən çox humanitar proses həyata keçirilib. Vətən müharibəsindən sonra imzalanmış Üçtərəfli Bəyanatdan sonra qarşı tərəf Azərbaycan Respublikasına 25 nəfər (19 hərbçi, 6 mülki) Azərbaycan vətəndaşını təhvil verib. Onlardan 5 nəfəri (1 hərbçi, 4 mülki) 27 sentyabr 2020-ci il tarixdən əvvəl saxlanılmış şəxslərdir Azərbaycan Respublikası isə 159 nəfər (118 həbçi, 41 mülki, o cümlədən 5 qadın) erməni əsilli şəxsi azad edib. Onlardan 6 nəfəri (4 hərbçi, 2 mülki) 27 sentyabr 2020-ci il tarixdən əvvəl saxlanılmış şəxslərdir. Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərinə sadiq qalaraq əsir düşmüş Ermənistan hərbçilərini və döyüş bölgəsindən təxliyə edilmiş mülki şəxsləri internə edib, saxlanma şəraitini, onlarla ləyaqətli davranışı, qida, su təminatını və yaralıların müalicə hüquqlarını təmin edib. Dövlət Komissiyası əsir düşmüş Ermənistan hərbçiləri və saxlanılan şəxslər barədə məlumatları müntəzəm qaydada BQXK-ya təqdim edib, qurum əməkdaşlarının onlara baş çəkmələrinə hərtərəfli şərait yaradıb. Həmçinin, əsirlərin və saxlanılan şəxslərin öz yaxınlarına məktub yazması, video ismarıclar göndərməsi, o cümlədən telefon əlaqəsi saxlamaları təmin edilib”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Blinken İranın cavab tədbirlərinə görə Yaxın Şərqə səfərini təxirə salıb

Akademik Rafael Hüseynov Hacıqabul şəhərində seçicilərlə görüşüb - Fotolar 

Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib    

ABŞ İsrailə 20 milyard dollarlıq silah paketini təsdiqləyib

Zelenski: Kursk vilayətinin 74 yaşayış məntəqəsi nəzarətimiz altındadır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay