Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa çempionatı: Azərbaycan taekvondoçuları ilk gündə 9 medal qazanıb

Estoniyanın paytaxtı Tallində taekvondo üzrə klublararası Avropa çempionatına start verilib.

"Report"un məlumatına görə, 5 gün davam edəcək yarışın ilk günü Azərbaycan komandaları üçün uğurlu alınıb.

Taekvondoçular müxtəlif klubların heyətində 2 qızıl, 3 gümüş və 4 bürünc medal əldə ediblər.

"Ümid"in yetirmələri baş məşqçi İlkin Şahbazovun rəhbərliyi altında 4 dəfə fəxri kürsüyə yüksəlib. Bütün rəqiblərinə qalib gələn Sabir Məmmədli (27 kq) qızıl medala yiyələnib. Yalnız finalda məğlub olan Coşqun Məmmədzadə (33 kq) ikinci yeri tutub. Rasim Qarayevlə (27 kq) Kənan Balayev (30 kq) bürünc medalla kifayətlənib.

Gədəbəy” İdman Klubunun taekvondoçusu Həsən Süleymanov da çempion tituluna sahib olub. Baş məşqçisi Beyrək Bağırovun 44 kq çəki dərəcəsində mübarizə aparan yetirməsi inamlı çıxışı ilə fərqlənib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

"Fortis"dən Mehman Qənbərov (27 kq) da adını mükafatçılar sırasına yazdırıb. O, medal kolleksiyasına bürünc medal əlavə edib.

“Alov”un iki taekvondoçusu Azərbaycan bayrağını yüksəldib. Baş məşqçisi Asim Xudiyevin şans verdiyi idmançılardan Əli Hüseynli (44 kq) 2-ci, İsa Hüseynli (40 kq) 3-cü yeri tutub.

Azərbaycanın aktivinə günün 9-cu medalını isə Vüqar Kərimov (68 kq) yazdırıb. O, veteranlar arasında baş tutan Avropa çempionatını ikinci pillədə başa vurub.

Qeyd edək ki, qarşıdakı günlərdə gənc və böyük yaş qrupları üzrə taekvondoçular dayanq üzərinə çıxacaqlar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

5 ölkədən İrana xəbərdarlıq: “Hücum etsə, qarşısında bizi görəcək”

Nigar Arpadarai tənqid atəşinə tutuldu: “Üç ildir gözləyirik, daha gəlməsin...”

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Eminin anası əkizlərdən danışdı - "Heç gözləməzdim ki..."

Kurskda rus ordusunun “yağlı fiqurları” əsir götürüldü

Blinken İranın cavab tədbirlərinə görə Yaxın Şərqə səfərini təxirə salıb

Zəngilan və Qubadlıdan olan seçicilərdən müraciət: “Biz öz səsimizi, öz deputatımızı qorumağa hazırıq!..”

Akademik Rafael Hüseynov Hacıqabul şəhərində seçicilərlə görüşüb - Fotolar 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay