Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Partiya sədri Allahşükür Paşazadəyə səsləndi: Susma!

“Bu olay əsl terrordur. Azərbaycanın Böyük Britaniyada fəaliyyət göstərən səfirliyinə hücum Azərbaycan dövlətinə qarşı hücumdur, bu hücumu təşkil və icra edənlər ən ağır formada cəzaya məhkum edilməlidirlər”.

PİA.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.

Partiya sədrinin sözlərinə görə, Azərbaycan dövlətinə qarşı məlum terror aktını İrana bağlı “Mehdi Xidmətçiləri” adlı radikal şiə qruplaşması öz üzərinə götürüb: “Heç şübhəsiz ki, bu olayın arxasında kimlərin dayandığını artıq göz önündədir… Bir neçə müddətdir, oxşar əməllərin Bakı küçələrində də qadın maskası altında gizlədilmiş əlaltıları vasitəsilə edilməsinə cəhdlər edilib. Küçə-küçə şüarlar yazılması, küçələrdə haray-həşir salma cəhdlərini buna misal göstərmək olar. Heç şübhəsiz ki, Azərbaycan hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığı nəticəsində bu kimi təxribatların qarşısı zamanında alınıb. Təxribatlara rəğmən nə yazıqlar ki, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi və şəxsən Allahşükür Paşazadə ağzını açıb bir kəlmə belə olsun deməyib, inanclı kəsimə təxribatlarla bağlı çağırış etməyib… Burada da ortaya maraqlı sual çıxır: Sən baş verənlər fonunda özünə rəhbər bildiyin ağaların qarşısında susacaqsansa, o zaman kimə lazımsan?! Buradan bir daha Gələcək Azərbaycan Partiyası olaraq bəyan edirik: Bu aksiyanı təşkil edənlər, o cümlədən onların Azərbaycanda olan havadarları və əlaltıları, eyni zamanda himayədarları tapılıb layiq olduqları ən ağır cəzaya məhkum edilməlidir! Əminəm ki, Azərbaycan hüquq mühafizə orqanları bu işin də layiqincə öhdəsindən gələcək. Uğur olsun…” (Pravda)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Prezidentin siyasətini dəstəkləyənlər bu seçkidə daha uğurlu nəticə göstəriblər

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay