Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müasir dövrün bəlası - Hormonal pozğunluq

Son bir neçə ildə tibb elminə məlum olmayan müxtəlif xəstəliklər meydana gəlib. Deyilənə görə, bütün bunların səbəbi atmosferin həddindən artıq çirklənməsi, fəst-fut qidaların çoxalması, mənşəyi məlum olmayan dərmanların harada və necə gəldi satılmasıdır. Müasir dövrdə ən çox yayılan xəstəliklərdən biri də hormonal pozğunluqdur.

PİA.az Axşam.az-a istinadən xəbər verir ki, bu xəstəliyin eradan əvvəl mövcud olmasına baxmayaraq, onun adı və səbəbləri 1962-ci ildə tapılıb və buna görə də hormonal pozğunluq müasir dövrün xəstəliyi sayılır. Daha çox qadınlarda aşkarlanan bu xəstəlik həyat tərzini tamamilə dəyişməklə yanaşı, bir çox xəstəliklərin də əsasını qoyur.

Məlumdur ki, hormonlar orqanizmin funksiyasına, çəkinin artmasına, vəzlərin normal inkişafına nəzarət edir. Hormon daxili ifrazat vəzilərinin funksiyasıdır. Onun balansının pozulması endokrin sistemin funksiyasını tamamilə məhv edir.

Dünyada hər üç qadından ikisində aşkarlanan hormonal pozğunluq hamilə qalmağa mane olur, hətta sonsuzluğa belə gətirib çıxarır. Digər tərəfdən isə hormonal pozğunluq görmə qabiliyyətinə də mənfi təsir edib, insanı kor qoya bilər.

Əmələgəlmə səbəbləri:
· Həkim məsləhəti olmadan arıqlama dərmanlarının qəbulu
· Düzgün qidalanmamaq
· Fəst-fut qidalarından çoxlu istifadə
· Soyuqlama
· Oturaq həyat tərzi
· Stress

Hormonal pozğunluq zamanı insanda
· Güclü başağrısı olur
· Təzyiq artır
· Ayaqlar tez-tez ağrıyır, epilepsiya tutmaları olur
· Başgicəllənmələr başlayır
· Susuzluqdan əziyyətçəkmə
· Tez-tez boğaz ağrıları olur
· Zəifləyir
· Anemiya baş verir
· Bədəndə tüklər əmələ gəlir
· Əl və ayaq daim soyuq olur
· Hər şeydən iyrənir
· Tez-tez əsəbiləşir
· Aylıq tsikl pozulur
· Tez-tez depressiyaya düşür
· Süd vəziləri balacalaşır
· Qanaxmalar olur
· Qarın və bud nahiyələrində çəhrayı rəngli, uzun çapıqlar əmələ gəlir
· Kökəlmə baş verir

Özündə bu kimi hallar aşkarladıqda qadın dərhal həkimə müraciət etməlidir. Xəstəliyin müalicəsi gecikdikdə astma, allergiya kimi xəstəliklərin yaranmasına, döş və yumurtalıqlarda xərçəngin əmələ gəlməsinə səbəb olur. Xəstəlik daha da irəlilədikdə dəridə qaşınmalar başlayır. Bu da şəkər xəstəliyinə gətirib çıxarır.

Qadınların qorxulu yuxusu - piylənmə


Hormonal pozğunluğun əmələ gəlməsinə səbəb olan amillər arasında ən geniş yayılanı arıqlamaq üçün satılan dərmanları həkim məsləhəti olmadan qəbul etməkdir. "Artıq çəki"ni Yer üzündə yaşayanların ən böyük problemi adlandırsaq yəqin ki, yanılmarıq. Müasir dövrdə dəbdən düşən köklükdən xilas olmaq üçün bir çox üsullar meydana gəlib: fitnes klublar, şəhəri ağuşuna alan idman zalları, arıqlama mərkəzləri və ən əsası da qeyri-qanuni satılan dərmanlar, otlar. Qadınlar da idman etmək əvəzinə daha rahat yolu seçirlər: istədikləri qədər yemək, evdə oturmaq və dərman atıb arıqlamaq. Hələ vay o günə ki, bunun müsbət təsirini görələr. Dərhal dərmandan bir neçə qutu tədarükü də görüb, qəbul miqdarını bir balaca da artırırlar. Amma qadın bunun sonrakı fəsadlarından xəbərsizdir. Bu cür dərmanlar hormonal pozğunluq əmələ gətirir ki, bu da piylənmənin ilk mərhələsidir. İlk növbədə qeyd edək ki, arıqlama dərmanları ya iştahı dayandırır, ya da işlədici funksiya daşıyır. Mədə və bağırsağın funksiyasına müdaxilə etmək zərərlidir. İşlədici xarakter daşıyan həblər orqanizmin qəbul edilən qidadan vitamin, zülal, karbohidrat almasına mane olur. Qadınlar anlamalıdırlar ki, işlədici dərmanlar piyləri əritmir. Dərialtı piylər olduğu kimi qalır. Əgər möcüzəli dərmanla xanım 5-6 kilo atırsa, sonradan 15-16 kilo qazanır.

Tüklənmə

Orqanizmdə hormonal pozğunluğun əmələ gətirdiyi problemlərdən biri də tüklənmədir. Bu zaman qadın orqanizmində az miqdarda olan kişi hormonlarının - testosteronun miqdarı artır. Buna səbəb yumurtalıqlarda hormonların öz fəaliyyətini dəyişməsi olur. Qadında sümük böyüməsi, kobudlaşma halları başlayır. Dəri quruyur, hərarət səbəbsiz yerə 37-37,5 dərəcə artır, tez-tez tərləyir, əllər əsir, saç tökülür.

Əgər hormonal pozğunluq varsa:
· Qaynar çay və kofe qəbulunu azalt
· Çox duzlu yemə
· Üzüm, ərik qurusu, çipsi yemə
· Az şokolad ye
· Çox yağlı yeməklərdən uzaq olmağa çalış
· Spirtli içkidən uzaq ol

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mərkəz direktoru Masazırda yarım milyonluq villa tikdirir? - Fotolar

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

Bakıda qadının özünü 12-ci mərtəbədən atması ilə bağlı detallar məlum oldu

Cəlilabadda dəhşət: Azyaşlını dəfələrlə meşəyə aparıb təcavüz etdilər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Cahangir Hacıyevlə Penitensiar Xidmət arasında nə baş verib?

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Ən çox oxunanalar