Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna Rusiya əsirliyində olan mülki şəxslərin sayını açıqladı

"Rusiya qeyri-qanuni olaraq 1500 ukraynalı mülki şəxsi həbsxanada saxlasa da, yalnız 120 mülki vətəndaşı saxladığını deyir".

PİA.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə brifinqdə Ukrayna Baş nazirinin müavini - müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk bildirib.

Onun sözlərinə görə, Cenevrə Konvensiyalarına əsasən əsir götürülmüş hərbi qulluqçular dəyişdirilə bilər, lakin konvensiyaların müddəaları mülki əhaliyə şamil edilmir. Müvafiq olaraq, əsir götürülmüş mülki əhalinin geri qaytarılması mexanizmi yoxdur.

"Bu gün Rusiya həbsxanalarında 1,5 mindən çox mülki vətəndaşımız var. Onlar Rostovda, Kurskdadırlar, həbsdədirlər və hərbi əsir kimi oturublar, baxmayaraq ki, əsir olmamalıdırlar. Rusiya tərəfindən oğurlanmış ukraynalı mülki şəxslər arasında artıq 70-80, bəziləri isə 100 gündən çox əsirlikdə olan könüllülər, fəallar, jurnalistlər, keşişlər, yerli şuraların deputatları və ağsaqqallar var. 120 nəfər Rusiya tərəfindən əsirlikdə olan mülki şəxs kimi tanınıb. Onların arasında bir nəfər də olsun qadın göstərilmir. Halbuki bizim əsirlikdə olan yüzlərlə qadınımız var", - Vereşçuk bildirib.

Onun sözlərinə görə, əsirlərin mübadiləsi zamanı cəmi 103 mülki şəxs geri qaytarılıb. Vereşçuk, həmçinin, bildirib ki, kəşfiyyat məlumatlarına əsasən, 1 milyon 200 min nəfər mülki şəxs Rusiyaya deportasiya olunub. Onların arasında 240 min uşaq da var.

"Reyestrə əsasən, qanunsuz olaraq Rusiya Federasiyasına aparılıb orada saxlanılan 2161 yetim uşaq var", - Vereşçuk qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Ağadadaş Ağayevi döyən gözətçi ilə bağlı yeni faktlar

Elxan Şahinoğlu: Əgər İranın Ermənistana silah verməsi xəbəri təsdiq olunarsa,...

İqbal Əbilovun həbs detalları məlum olub: Ermənistanla gizli Skype sövdələşmələri...

Ən çox oxunanalar