Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramiz Zeynalov şirkətində işlətdiyi sürücüləri istismar edir – Sürücülər növbə dəyişikliyi olmadan çalışır

“166 yükdaşıma və logistika” şirkətində əmək qanunvericiliyinin bütün tələbləri pozulur.

Bu xidmətdə çalışan sürücülər bəzən suktanın 24 saatını işləməli olur.

Bu barədə Gununsesi.info-ya “166 Yükdaşıma və logistika” şirkətinin bir qrup sürücüsünün yazdığı məktubda deyilir.

Redaksiyamıza ünvanladıqları müraciətində sürücülər bildirir ki, 500-800 manat maaş müqabilində 24 saat dayanmadan işləyirlər: “Sifarişlər çoxdur. Sürücülərin sayı isə azdır. Bütün avtomobillərdə növbətçi sürücü və yaxud da köməkçi sürücü yoxdur. Halbuki, olmalıdır. Bakıdan Qazaxa gedən sürücü, eyni vaxtda oradan, yaxud da Balakəndən yeni sifarişi icra etməlidir. Təsəvvür edin ki, bəzən 24 saat çalışmalı oluruq. Yeganə istirahətimiz isə maşına yük yığılan zaman içəridə yatmaqdan ibarətdir. Əmək qanunvericiliyi ilə tanınan heç bir hüququmuza əməl olunmur. Buna etiraz edəndə eşitdiyimiz tək cavab “ərizəni yaz, get, işləmək istəyən çoxdur” cavabıdır”.

Sürücülər yazır ki, adıçəkilən şirkət Baş Dövlət Yol Polisi İdarəsinin rəisi general Ramiz Zeynalova məxsusdur:

“Bəlkə də Ramiz müəllimin özünün xəbəri yoxdur. Amma buranı idarə edən qohum-əqrabalarıdır. Bütün qanunsuzluğu onlar edir. Elə ay olur ki, ümumiyyətlə istirahət günü verilmir. Ömrümüz ölkənin yollarında keçir. Günlərlə hamam görmürük. Belə olmaz. Sizin saytınız vasitəsi ilə aidiyyatı qurumlara səslənirik. Bizim əmək hüquqlarımıza hörmət edilsin”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qaliblərini təbrik edib

Paytaxtın dörd rayonunun müəyyən ərazilərində qaz olmayacaq

Alimlər xərçəngdən qoruyan qidaların yeni siyahısını açıqladı

Politoloq: İsrail təkbaşına İranı məğlub edə bilməz...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay