Çərşənbə, 07 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Xerson vilayəti ilə inzibati sərhəd yaxınlığında “İsgəndər”lər yerləşdirib

Rusiya “İsgəndər-M” raket komplekslərini Xerson vilayəti ilə inzibati sərhədə yaxın ərazidə yerləşdirib.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Aleksandr Motuzyanik brifinqdə bildirib.

Onun sözlərinə görə, işğal olunmuş Krım ərazisindən düşmənin raket zərbələri endirmək təhlükəsi qalmaqdadır.

Motuzyanik Xerson vilayəti ilə inzibati sərhəddən 8 km məsafədə yerləşən Melkovodnoe yaşayış məntəqəsi ərazisində işğalçıların “İsgəndər-M” Operativ Taktiki Raket Komplekslərinin raket diviziyasını yerləşdirdiyi barədə dəqiq məlumat əldə edib.

O xatırladıb ki, düşmən gəmiləri Qara dənizin şimal-qərb hissəsində gəmiçiliyin qarşısını almaqda davam edir. Xüsusilə düşmənin 4 raket gəmisi və təxminən 36 raketdən ibarət sualtı qayığı Qara dənizdə raket silahlarından istifadəyə hazır vəziyyətdədir.

UNİAN-ın daha əvvəl Baş Qərargahın məlumatına istinadən verdiyi məlumata görə, Belarusda sərhəd boyu “İsgəndər”lər, təyyarələr və “Pansir”lərlə Rusiya hərbçiləri dayanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

ABŞ öz istehsalı olan yeni nəsil silahları Ermənistana çatdırıb

UEFA Çempionlar Liqası: "Qarabağ" evdə Bolqarıstan klubuna məğlub olub - Yenilənib

Paris-2024: Mariya Stadnik yarışı medalsız başa vurub

Banqladeşdə hindli qətliamı: Uşaqlar öldürülür, qadınlara təcavüz edilir, məbədlər yandırılır... - Video

İşdən çıxarılan icra başçısı kimdir? - Dosye

Valideynlərə şad xəbər: Məktəbli formaları ucuzlaşdı

Şoyqu İrana Putinin hansı mesajını çatdırıb?

Ən çox oxunanalar