Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Ukraynanın Kurska hücumuna münasibət bildirib

“Kiyev rejimi mülki təyinatlı binalara hücum etməklə təxribata əl atıb”...

APA-nın TASS-a istinadən xəbərinə görə, bunu Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə müşavirədə deyib: "Kiyev rejimi növbəti genişmiqyaslı təxribata əl atıb. O müxtəlif növ silahlarlar və raketlərdən istifadə etməklə mülki obyektləri pərakəndə qaydada atəşə tutur”.

Qeyd edək ki, toplantıda Ukrayna tərəfdən silahlı hücuma məruz qalan Kursk vilayətində ümumi vəziyyət müzakirə olunub.

Son məlumata görə, Ukrayna ordusu dünən axşam saatlarında Rusiyanın sərhəddə yerləşən Kursk vilayətinə texnika və canlı qüvvə ilə hücum edib. Ukrayna ordusunun Rusiyanın içərilərinə doğru bir neçə kilometr irəlilədiyi bildirilir.

Kurskun atəşə tutulması nəticəsində 5 dinc sakinin həlak olduğu, 30-dək insanın yaralandığı barədə məlumat verilib.

Ərazidə şiddətli döyüşlər gedir. Rusiya Ukrayna hərbçilərinin hücumunu dayandırmaq və ölkə ərazisindən çıxarmaq üçün əlavə qüvvələr cəlb edir.

Vilayətdən ziddiyyətli xəbərlər gəlir.

Poliqon.info


Etiket: Putin Ukrayna


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda tələbə yataqxanalarının qiyməti - Siyahı

Natiq Miri: Məsud Pezeşkian vaxtından əvvəl istefa verə bilər...

İranın azərbaycanlı prezidenti suala kürdcə cavab verdi

“Zəngəzur dəhlizi”nin “3+3” formatı çərçivəsində müzakirəsi Tehrana nə verəcək?

Azərbaycan XİN Avropa İttifaqının qərəzli və ədalətsiz bəyanatına cavab verib

Rusiya və İranın probleminə çevrilən “Zəngəzur dəhlizi”... - Ermənistan niyə susur?

Bu ölkə Türkiyəyə sanksiyanı aradan qaldırdı

"Formula 1"də iştirak edən Fransa komandası etiraz aksiyası keçirəcək

Bakıda avtomobil marketə çırpılıb, yaralananlar var - Video, Yenilənib

Ən çox oxunanalar