Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amid Sədanın şantaj etdiyi qız da müğənni imiş  

Gənc müğənni Amid Sədanın sevgilisini şantaj etdiyinə görə həbs edilməsi ilə bağlı bəzi faktlar üzə çıxıb.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, müğənninin çılpaq görüntülərlə hədə-qorxu gəldiyi gənc qız onun duet ortağı olub.

Araşdırmalar zamanı məlum olub ki, Lalə Əlizadə (ad və soyad şərtidir) Amidlə birlikdə bir neçə mahnı ifa edib və klip çəkdirib. Amid onunla evlənəcəyini bildirərək müxtəlif yerlərdə görüşüb. Həmçinin “rent a car”dan avtomobil icarəyə götürərək Laləni Ağcabədiyə aparıb və orada qohumları ilə tanış edib. Lakin sonradan cütlüyün münasibəti pozulub və Amid Səda müğənni həmkarını intim görüntülərini yayacağı ilə hədələyərək ondan pul tələb etməyə başlayıb.

Lalə Ağazadə bildirib ki, Amid onun hoteldə çəkilmiş bəzi görüntülərini “TikTok”da paylaşıb və bundan sonra rüsvay olmamaq üçün onunla görüşərək pul verməyə razı olub.

Qeyd edək ki, keçmiş sevgilisinə hədə-qorxu gələrək ondan 1500 manat pul və 700 manat dəyərində mobil telefonunu aldığına görə Amid Səda barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə iş açılıb.

Abşeron Rayon Polis İdarəsində açılmış cinayət işinin materialları rayon məhkəməsinə göndərilib. Məhkəmənin 3 iyun 2022-ci il tarixli hökmü ilə Amid Sədaya 3 il müddətinə həbs cəzası verilib.

Qeyd edək ki, Amid Səda gənc müğənni kimi populyarlıq qazanıb, onun “YouTube” platformasında yerləşdirdiyi mahnı və kliplərinə yüz minlərlə baxış gəlib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

5 ölkədən İrana xəbərdarlıq: “Hücum etsə, qarşısında bizi görəcək”

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Eminin anası əkizlərdən danışdı - "Heç gözləməzdim ki..."

Kurskda rus ordusunun “yağlı fiqurları” əsir götürüldü

Blinken İranın cavab tədbirlərinə görə Yaxın Şərqə səfərini təxirə salıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Akademik Rafael Hüseynov Hacıqabul şəhərində seçicilərlə görüşüb - Fotolar 

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay