Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeronda silsilə tədbirlər keçirildi - Fotolar

Abşeron rayonunda şəhid ailələrinin, müharibə əlillərinin və Vətən müharibəsi qəhrəmanlarının yaşadığı yeni Yaşayış Kompleksində iməclik və ağacəkmə kampaniyası keçirilib.

PİA.az xəbər verir ki.Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan iməclikdə RİH başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, qaziləri və rayon ictimaiyyəti iştirak edib.

İməclik zamanı kompleksin ətrafı məişət tullantılarından təmizlənmiş və texniki vasitələrlə ərazidən uzaqlaşdırılıb.

Ağacəkmə tədbirində ümumi sayı 1400-ə yaxın gül kolu, 200-dən çox Eldar şamı, çinar və digər həmişəyaşıl ağacların əkilməsi həyəta keçirilmişdir. Əkilən ağaclara üzvi gübrə verilərək suvarılmış, ərazidə mini park-guşələrinin yaradılması təmin edilib.

RİH başçısı Abdin Fərzəliyev Kompleksin sakinləri ilə görüşmüş, yaşayış məntəqəsinin problemləri ilə maraqlanıb.

Məlumat üçün bildirək ki, rayon ərazisində yaşıllıqların salıması və ağacların əkilməsi istiqamətində görülən işlər bundan sonra da davam etdiriləcəkdir.

Tədbir iştirakçıları daha sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsində igidliklə döyüşərək şəhid olan, “Vətən uğrunda”, “İgidliyə görə”, “Ağdamın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” orden və medallarına layiq görülən Ataşov Asif Kərim oğlunun anadan olmasının 20-ci ili münasibəti ilə Xırdalan Şəhidlər Xiyabanındakı məzarını ziyarət etmiş, şəhidimizin ruhuna dualar oxumuş, onun döyüş yolundan, cəbhədə göstərdiyi şücaətlərdən söz açıblar.

RİH başçısı ziyarət zamanı bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti, iradəsi sayəsində xalqımız Vətən müharibəsində qalib gəlmiş və 30 illik vətən həsrətinə son qoyulmuşdur. Xalq-hakimiyyət birliyinin, dəmir yumruq kimi birləşməyimizin nəticəsində düşmən döyüş meydanında diz çökdürülmüşdür. Ölkəmizdə şəhid və qazi ailələrinə böyük diqqət və qayğı göstərildiyini və bunun dövlət siyasətinin tərkib hissəsi olduğunu qeyd edən Abdin Fərzəliyev Abşeron rayonunda da bu qayğının bundan sonra da daimi olaraq davam etdiriləcəyini diqqətə çatdırmışdır.

Şagirdlər vətənə, qələbəyə aid şeirlər səsləndirmişlər. Sonra tədbir iştirakçıları Ataşov Asif Kərim oğlunun əvvəllər yaşadığı evə gedərək şəhid ailəsinin qayğıları və problemləri ilə maraqlanmışlar.

Şəhid ailəsi də onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

"Deyirlər ki, onsuz da Heydər Əsədov seçilib də..." - Şirvanda namizədlər arasında qalmaqal

Ən çox oxunanalar