Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriya yaraqlıları Rusiyaya Ermənistandan üzərindən daşınır

Suriya lideri Bəşər Əsəd Ukraynanı işğal etməyə çalışan Rusiyaya döyüşçülər göndərmək qərarına gəlib. Rusiya Prezidenti Vladimir Putinin hər döyüşçü üçün 2000 dollar maaş vəd etdiyi iddia olunub.

PİA.az Teleqraf.com-a istinadən xəbər verir ki, Rusiya müdafiə naziri Sergey Şoyqu dünən Təhlükəsizlik Şurasının iclasında Putinə əsasən Yaxın Şərqdən olan 16 min “könüllü”nün Ukraynada döyüşmək üçün müraciət etdiyini deyib.

Bundan sonra Putin “Yaxın Şərq könüllüləri”nin hərbi əməliyyatlara cəlb olunması üçün “yaşıl işıq” yandırıb və onların Ukraynadakı müharibəyə cəlb olunması barədə göstəriş verib.

Ukrayna Prezident Aparatı rəhbərinin müavini Mixail Podolyak bundan sonra bildirib ki, Rusiya İŞİD terrorçularını Ukraynaya gətirməklə “Suriya ssenarisi”ni təkrarlamağı hədəfləyir.

“Türkiyə” qəzetinin iddiasına görə, Bəşər Əsəd Rusiya ordusuna dəstək üçün 30 minlik qüvvə göndərəcək. Nəşr onlardan 10 mininin Ermənistan üzərindən Ukraynaya göndərildiyini, 20 mininin isə gözləmədə saxlanıldığı və ehtiyac yaranarsa tez zamanda göndəriləcəyini iddia edib.

Suriya keçid hökumətinin müdafiə naziri general Həsən Həmadi deyib ki, Əsədin göndərdiyi döyüşçülər arasında talançı “Şəbiha” yaraqlıları ilə yanaşı, “Respublika mühafizəçiləri” də var.

Putinin hər döyüşçü üçün 2 min dollar maaş vəd etdiyini deyən Həmadi komandanlığa 7 min dollar veriləcəyini bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Bakıda dəhşət: Ata bir azyaşlı uşağını öldürüb, digərini yaralayıb, sonra isə intihar edib

Ən çox oxunanalar