Çərşənbə, 07 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün azərbaycanlılardan ibarət 60 nəfərlik qrup Xarkovu tərk edəcək - Foto,Video, Yenilənib

"Hazırda Xarkovda vəziyyət olduqca acınacaqlıdır. Şəhər bir neçə saat əvvəl güclü raket atəşinə tutulub".

Bu sözləri “Report”a açıqlamasında Azərbaycanın Xarkovdakı fəxri konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli deyib.

Onun sözlərinə görə, raket hücumları nəticəsində 100-lərlə insan ölüb: “Yaralananların sayı-hesabı yoxdur. İndi dəmiryolu vağzalındayam. Azərbaycanlı tələbələrdən və işləyən 60-dan çox şəxsdən ibarət qrupla şəhərdən çıxmaq niyyətindəyik. Çünki axşama daha ağır zərbələrin olacağı gözlənilir. Buna görə, Lvov və Polşa istiqamətinə hərəkət etməyi planlaşdırırıq".

S.Adıgözəlli bildirib ki, həmin şəxslər üçün Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun təşkilatçılığı ilə biletlər alınıb. Mərkəz sədri əlavə edib ki, şəhərdə konsulluğun inzibati binası da təhlükə altındadır: "Bizə də məsləhət görüldü ki, şəhərdən çıxaq. Şəhərin ətrafına “İsgəndər” raketləri yerləşdirilib".

S.Adıgözəlli şəhərin raket atəşinə tutulması nəticəsində xəsarət alan və ya ölən azərbaycanlılar barədə məlumatın olmadığını qeyd edib: “Yəqin ki, axşama kimi məlumat olacaq. Hazırda azərbaycanlıların şəhərdən çıxarılması üçün işlər görülür. Mümkün qədər axşam və ya sabah səhər reysləri ilə qalan şəxslərin şəhərdən çıxarılmasına çalışılacaq”.

***

Ukranyadakı vəziyyətlə əlaqədar Ruminiyaya keçən vətəndaşlarımızın bir qismini daşıyan təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.

APA-nın aeroportda olan müxbirinin məlumatına görə, vətəndaşlarımız Bakıya çatıb.

Qeyd edək ki, Ukraynadakı vəziyyətlə əlaqədar, ölkəni tərk edərək qonşu dövlətlərə daxil olan Azərbaycan vətəndaşlarının təxliyəsini həyata keçirmək üçün fevralın 28-də tarixində Azərbaycan dövləti tərəfindən iki çarter reysin təşkil edilməsi nəzərdə tutulmuşdu.

Fotolar


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

ABŞ öz istehsalı olan yeni nəsil silahları Ermənistana çatdırıb

UEFA Çempionlar Liqası: "Qarabağ" evdə Bolqarıstan klubuna məğlub olub - Yenilənib

Banqladeşdə hindli qətliamı: Uşaqlar öldürülür, qadınlara təcavüz edilir, məbədlər yandırılır... - Video

Paris-2024: Mariya Stadnik yarışı medalsız başa vurub

İşdən çıxarılan icra başçısı kimdir? - Dosye

Valideynlərə şad xəbər: Məktəbli formaları ucuzlaşdı

Şoyqu İrana Putinin hansı mesajını çatdırıb?

Ən çox oxunanalar