Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden “hədəf Kiyevdir”, dedi, Blinken isə Lavrovla görüşməkdən imtina etdi

“Rusiya qüvvələri şimaldan hücum etmək üçün Belarusda gözləyir...”

Rusiyanın Donbasdakı “xalq respublikalarını” tanımasının ardınca regionda vəziyyət gərginləşməkdə davam edir. “Xalq respublikalarının” silahlıları Ukrayna ordusunun mövqelərinə qarşı ağır artilleriyadan, o cümlədən “Qrad” sistemlərindən istifadə edir.

Ukrayna Müdafiə Nazirliyi ötən gecə baş vermiş atışmalarda bir hərbçinin həlak olduğunu, bir neçəsinin yaralandığını açıqlayıb. Öz növbəsində separatçılar Ukrayna ordusunu Donetski və Luqanskı atəşə tutmaqda, diversantlar göndərməkdə və partlayışlar törətməkdə ittiham edirlər.

Vəziyyətin bu cür gərginləşdiyi bir vaxtda ABŞ dövlət katibi Entoni Blinken Rusiya xarici işlər naziri Sergey Lavrovla yaxın günlərdə Cenevrədə keçirilməsi planlaşdırılan görüşdən imtina edib. Həmin görüşdə Rusiyanın ABŞNATO-ya təqdim etdiyi təhlükəsizlik təminatı sənədi ətrafında müzakirələr aparılmalıydı. Həmin tələblərdə Ukraynanın NATO-ya üzvlüyünün istisna edilməsi də yer alırdı.

CNN və “Reuters” xəbər verir ki, dövlət katibi görüşdən imtina etdiyi barədə Rusiya tərəfinə məktub göndərib. Həmin məktubda deyilir ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin başladığı bir vaxtda Lavrovla görüşün mənası yoxdur. Onun sözlərinə görə, Rusiyanın hərəkətləri Avropada İkinci Dünya müharibəsindən bəri ən böyük təhlükəsizlik təhdidi yaradıb. “Rusiyanın məqsədi Ukraynaya müdaxilə etmək, onun xalqını nəzarət altında saxlamaq və bu ölkəni yenidən Rusiyanın tərkibinə qatmaqdır”, - Blinken bildirib.

ABŞ prezidenti Cozef Bayden isə ötən gün bəyan edib ki, Rusiyanın Ukraynaya o cümlədən Belarus istiqamətindən hücum etmək planları qüvvədə qalır. “Biz hələ də inanırıq ki, Rusiya Ukraynaya qarşı nəhəng hərbi hücumun başlanğıcındadır və daha dərinə getməyə hazırlaşır. Ümid edirəm ki, mən bunda səhvə yol verirəm. Ümid edirəm ki, biz Rusiyanın Ukraynanın qalan ərazilərinə, o cümlədən paytaxt Kiyevə qarşı bu təhdidini artıq gücləndirdiyi barədə səhvə yol veririk”, - Bayden deyib. ABŞ prezidentinin sözlərinə görə, Rusiya Ukrayna sərhədlərində 150 mindən çox hərbçi cəmləşdirib.

Rusiya qüvvələri Belarusda Ukraynaya şimaldan hücum etmək üçün hazır vəziyyətdədir, o cümlədən aviasiya və hücum raketlərindən istifadə etməklə. Bundan əlavə Rusiya Hərbi Dəniz Donanması Ukraynanın cənubunda, Qara dəniz sularında manevr edir, o cümlədən desant gəmiləri, raket kreyserləri və sualtı qayıqları”, - Bayden xəbərdarlıq edib. O əlavə edib ki, Rusiya qan ehtiyatlarını və tibbi avadanlıqları sərhəddəki mövqelərə cəmləşdirib. “Əgər müharibəyə başlamağı planlaşdırmırsınızsa sizə qan lazım deyil”, - Bayden bildirib. (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

Ərdoğan məmurlara çağırış edib: Yorulmusunuzsa, istefa verin

"Azinko Holdinq", "Jumeirah Bilgah Beach Hotel”... - Millətə vəkillik etməyən deputatın biznes "bacarığı"...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay