Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təmas xəttində eskalasiya artır, “Bayraktar”lara qarşı “Krasuxa”ları işə salıblar

Ukraynanın şərqində, Donbass münaqişə zonasında ötən gün səhər saatlarından etibarən başlayan eskalasiya artmaqdadır. Ukrayna tərəfi bildirir ki, separatçı “Donetsk və Luqansk xalq respublikaları” qüvvələri iriçaplı artilleriyanı və minaatanları tətbiq etməklə atəşkəs rejimini 60 dəfədən çox pozublar. O cümlədən Rusiya istehsalı olan “Orlan-10” pilotsuz aparatının təmas xəttini keçərək Ukrayna ordusunun mövqelərində müşahidə apardığı bildirilir. Ukraynanın Donbassdakı Birləşmiş Əməliyyat Qüvvələrinin qərargahından verilən məlumatda deyilir ki, atəşkəsin bu cür pozulması son bir neçə ildə qeydə alınmamışdı.

O cümlədən separatçılar atəşkəsin pozulmasına görə Ukrayna tərəfini günahlandırır, bildirilir ki, “Ukrayna ordusunun hücumlarından qorunmaq üçün”  Donetsk ətrafındakı yaşayış məntəqələrindən əhalinin təxliyəsi aparılır. Habelə separatçıların nəzarətindəki bölgələrdə Rusiyanın “Vodofon” şirkətinin  mobil rabitə şəbəkəsinin işində problem yarandığı da bildirilir.

Çox güman ki, Donetsk və Luqanskda mobil rabitənin kəsilməsi Rusiya ordusunun Ukrayna ilə sərhəddə radioelektron mübarizə sistemlərini, o cümlədən “Krasuxa-2” və “Krasuxa-4” komplekslərini tətbiq etməsi ilə bağlıdır. “Popular Science” nəşrinin yazdığına görə bu komplekslər mobil rabitəni, habelə radarların siqnallarını bloklayır.  Bu komplekslər indiki halda həm Ukrayna ordusunun bölmələri arasında rabitə əlaqəsini pozmaq, həm “Bayraktar TB2” pilotsuz zərbə təyyarələrinin uçuşlarını əngəlləmək üçün tətbiq edilə bilərdi.

Ukrayna Ali Radasının deputatı, NATO Parlament Assambleyasındakı Ukrayna nümayəndə heyətinin rəhbəri Yeqor Çernov Donbassda baş verənləri Rusiyanın “bəhanə yaratmaq cəhdləri” adlandırıb. Onun sözlərinə görə, hazırda Rusiya Minsk razılaşmasından çıxmağa və qondarma “respublikaları” tanımağa bəhanə axtarır. Vəziyyətin kəskinləşməsi də bu bəhanəni əldə etmək məqsədi güdür.

Son məlumatlara görə təmas xəttində vəziyyət gərginləşməkdə davam edirdi və tərəflər bir-birini artilleriya zərbələri endirməkdə günahlandırırdı. (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

Ərdoğan məmurlara çağırış edib: Yorulmusunuzsa, istefa verin

"Azinko Holdinq", "Jumeirah Bilgah Beach Hotel”... - Millətə vəkillik etməyən deputatın biznes "bacarığı"...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay