“NATO üzvü olan bəzi müttəfiqlərimizin müəyyən terror təşkilatları ilə əməkdaşlığı qəbuledilməzdir”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun Türkiyənin NATO-ya üzvlüyünün 70 illiyi ilə bağlı keçirilən tədbirdə deyib.
“Türkiyə Suriyada İŞİD və PKK- ya qaşrı eyni anda mübarizə aparmalı olmuşdur. Uğurlu mübarizə aparmışdıq. Amma təəssüf ki, NATO müttəfiqlərindən gözlədiyimiz dəstəyi ala bilməmişdik. Suriyadakı terrorla mübarizə də NATO-nun gündəmində olmalı idi və olmalıdır”.
pia.az