Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan Ermənistan istehsalı olan qida məhsulunun tranzitinə qadağa qoyub

Gürcüstan Ermənistanda istehsal olunan “Matsun” əmtəə nişanlı süd məhsulunun (qatıq – red.) öz ərazisi vasitəsilə Rusiyaya tranzitini qadağan edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə “Armenpress” agentliyi məlumat yayıb.

Bildirilib ki, buna səbəb Gürcüstanın “matsoni” adını özünün coğrafi göstəricisi kimi qeydiyyata almasıdır. Ermənistan istehsalçıları matsunu Rusiyaya Gürcüstan üzərindən “erməni dağ yoqurtu” adı altında ixrac etməyə məcbur olublar.

Ermənistanın İqtisadiyyat Nazirliyindən bildirilib ki, ölkə hələ 2011-ci ildə “matsoni” adının qeydiyyatı ilə bağlı Avropa İttifaqı və Gürcüstanın müvafiq orqanlarına etiraz bildirsə də, bu, diqqətə alınmayıb. Qeyd olunub ki, Ermənistan hökuməti gürcü həmkarları ilə coğrafi göstəricilərin istifadəsinin dəqiqləşdirilməsi üzrə addımlar atır.

Ermənistanın süd məhsulları istehsalçıları öz növbələrində bildiriblər ki, Gürcüstan “matsoni” adını coğrafi göstərici kimi çoxdan qeydiyyata alıb və son zamanlara qədər heç bir tələb irəli sürülməyib, nə qadağa, nə də maneə olub.

Qeyd edək ki, matsoni gürcü qatıq qida məhsulunun adıdır. Gürcüstan bu adı özünün coğrafi göstəricisi kimi 2012-ci, Aİ isə bu göstəricinin Gürcüstana məxsusluğunu 2014-cü ildə qeydiyyata alıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qaliblərini təbrik edib

Paytaxtın dörd rayonunun müəyyən ərazilərində qaz olmayacaq

Politoloq: İsrail təkbaşına İranı məğlub edə bilməz...

Alimlər xərçəngdən qoruyan qidaların yeni siyahısını açıqladı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay