Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Makronun təşəbbüsü və Minsk qrupunun gündəlikdən çıxarılması... - Fransanın yeni diplomatik həmləsi nədən xəbər verir?..

Daimi olaraq ermənipərəst mövqedən çıxış edən Makron və Avropa İttifaqı niyə indi nisbətən obyektiv mövqedən çıxış edir?..

Politoloq: “Makron bu addımı ilə həm ölkəsinin Avropa İttifaqında lider ölkə olduğunu, həm də hazırda sədrlik etdiyi qurumun aktivliyini göstərməyə çalışır”.

“Rəsmi Paris son zamanlar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair də konstruktiv addımlar atır”.

Bu sözləri politoloq Turan Rzayev Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə keçirilən görüşün nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Fevralın 4-də Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirildi.

Aparılan müzakirələrə və əldə olunan nəticələrə görə deyə bilərik ki, Makron və Şarl Mişel Azərbaycanla Ermənistan arasında gərginliyin aradan qalxması və normal münasibətlərin qurulması üçün Rusiyaya nisbətən daha obyektiv mövqedən çıxış edirlər.

Ümumilikdə bu görüşü necə dəyərləndirmək olar? Xüsusən Minsk qrupunun görüşdə müzakirə olunmaması nədən xəbər verir? Daimi olaraq ermənipərəst mövqedən çıxış edən Makronun və Avropa İttifaqının nisbətən obyektiv mövqedən çıxış etmələrini nəylə əlaqələndirmək olar?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsi aparılması Makronun seçki öncəsi imicinə müsbət təsir edəcək”.

Rəsmi Parisin indiki mərhələdə məqsədi ATƏT-in Minsk Qrupunun aktivliyini artırmaqdan ibarət olduğunu vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, Fransa bu tədbirə həmsədr ölkədən daha çox Avropa İttifaqına sədrliyi qəbul etmiş ölkə kimi iştirak edirdi:

“Görüş zamanı əvvəlcə Prezident Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevErmənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə 2021-ci il dekabrın 14-də Brüsseldə keçirilmiş birgə görüşün əhəmiyyəti vurğulandı.

Sonra Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələr keçirildi. Bu xüsusda tədbirin əvvəlcədən müəyyən edilmiş gündəliyinə uyğun olaraq, iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsi aparıldı.

Hesab edirəm bu görüşün təşəbbüskarı məhz Fransa Respublikasının Prezidenti Emmanuel Makrondur. Makronun belə bir görüş keçirməkdə iki marağı var:

Birincisi, belə bir görüşün keçirilməsi hər şeydən öncə Makrona aprel ayında baş tutacaq Fransa prezident seçkiləri üçün vacibdir. Makron yenidən namizədliyini irəli sürəcəksə qələbə qazanmaq üçün xarici siyasətdə fəallığını artırmalıdır.

Fransa hazırda onsuz da bir çox məsələyə dair xarici siyasətdə aktivləşib. Misal üçün Afrikada Ukrayna ətrafında baş verən son hadisələrdə bu daha çox hiss olunur. Rəsmi Paris son zamanlar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair də konstruktiv addımlar atır. Xüsusilə son görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsi aparılması Makronun seçki öncəsi imicinə müsbət təsir edəcək.

Turan Rzayev: “Bu görüşdən sonra Fransanın və Avropa İttifaqının yaydıqları açıqlamalarda Dağlıq Qarabağ münaqişəsi, hətta Qarabağ kimi ifadə də yer almayıb. Bu bir daha Qarabağ mövzusunun tamamilə gündəlikdən çıxmasının növbəti nümunəsidir”.

İkincisi, məlum olduğu kimi bu il Avropa İttifaqına sədrlik Fransaya keçib. Rəsmi Paris Böyük Britaniyanın "Brexit" qərarından və Almaniyanın keçmiş kansleri Angela Merkelin vəzifədən getməsi sonrası Avropa İttifaqında lider funksiyasını yerinə yetirmək istəyir. Təsadüfi deyil ki, fevralın 4-də keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevErmənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə yanaşı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də iştirak etdi. Makron bu addımı ilə həm ölkəsinin Avropa İttifaqında lider ölkə olduğunu, həm də hazırda sədrlik etdiyi qurumun aktivliyini göstərməyə çalışır.

Aydın məsələdir ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir. Bu mənada Fransanın prosesə qayıtması həm də Minsk Qrupu formatının yenidən dirilməsi ilə nəticələnə biləcəyi ehtimallarını yaradır. Lakin düşünmürəm ki, rəsmi Parisin indiki mərhələdə məqsədi ATƏT-in Minsk Qrupunun aktivliyini artırmaqdadır. Fransa bu tədbirə həmsədr ölkədən çox Avropa İttifaqına sədrliyi qəbul etmiş ölkə kimi iştirak edirdi. Məsələ ondadır ki, Şarl Mişel və Emmanuel Makronun birgə görüşü sonrası açıqladığı bəyanatda Minsk Qrupuna istinad edilməyib. Ümumiyyətlə bundan öncəki Moskva, Soçi və Brüsseldə keçirilmiş görüşlərin mahiyyətinə uyğun olaraq Minsk Qrupunun fəaliyyəti müzakirələrdə yer almayıb.

Sonda isə onu deyə bilərəm ki, bu görüşdən sonra Fransanın və Avropa İttifaqının yaydıqları açıqlamalarda Dağlıq Qarabağ münaqişəsi, hətta Qarabağ kimi ifadə də yer almayıb. Bu bir daha Qarabağ mövzusunun tamamilə gündəlikdən çıxmasının növbəti nümunəsidir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

Kanalda batan qazinin yanındakı şəxslər kim olublar? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır  

İnternet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlanılıb

Ərdoğan: BMT Təhlükəsizlik Şurasının strukturunu kökündən dəyişdirmək lazımdır

Özbəkistanlı hərbçilər Azərbaycanda PUA kursunda iştirak edirlər

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay