Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bələdiyyə sədrinin ağacları kəsməsinə görə cinayət işi açıldı

Qazax rayonu Xanlıqlar kəndi ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı rayon prokurorluğuna daxil olmuş material üzrə araşdırma aparılıb.

Bu barədə Qazax rayon prokurorluğundan bildirilib. Məlumata görə, aparılmış araşdırmalarla, Qazax rayonu Xanlıqlar bələdiyyəsinin sədri Mahmud Həməşəyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə kənd ərazisində yerləşən qovaq ağaclarının quruyaraq əhali üçün təhlükə yaratmasını əsas gətirərək 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən yalnız budanmasına razılıq verilməsinə baxmayaraq, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, Ağstafa rayonu Dağ Kəsəmən kənd sakini Sənan Heydanov ilə razılığa gəlib 26 yanvar 2022-ci il tarixdə bələdiyyə mülkiyyətində meşə fonduna daxil olmayan kök üstə yaş vəziyyətdə 6 ədəd qovaq ağacını qanunsuz olaraq kəsdirərək sonuncuya məxsus fermaya daşınması nəticəsində təbiətə xeyli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.1 (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Elxan Şahinoğlu: Əgər İranın Ermənistana silah verməsi xəbəri təsdiq olunarsa,...

İqbal Əbilovun həbs detalları məlum olub: Ermənistanla gizli Skype sövdələşmələri...

Ağadadaş Ağayevi döyən gözətçi ilə bağlı yeni faktlar

Müdafiə Nazirliyi Ermənistanın təxribatı barədə bəyanat yayıb: Lazımi cavab tədbirləri görüləcək

Ən çox oxunanalar