Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda 4 günlük iş həftəsi? - Deputat zarafatı, yoxsa sadəcə məzə...

5 dəqiqə gecikməyə 50 manat cərimə yazılan, iş saatından əlavə, istirahət və bayram günlərində çalışmaya görə heç nə ödənilməyən Azərbaycanda 4 günlük iş rejiminə keçid mümkümdür?..

Sosioloq: “4 günlük həftəsi Azərbaycanda tətbiq oluna biməz və olunmayacaq. Biz heç 5 günlük iş həftəsinə keçə bilmirik. Böyük əksəriyyət həftədə 6, hətta 7 gün işləyir”.

“Vüqar müəllimə hörmətim böyükdür. Amma belə utopik fikirlər səsləndirməkdənsə, işçilərin əmək hüquqlarının tətbiqini, onların istismarının qarşısının alınmasını tələb etsə, daha yaxşı olar”.

Bu sözləri sosioloq Elçin Bayramlı Azərbaycanda 4 gün iş günü olacağı xəbərini PİA.az-a şərh edərkən qeyd edib.

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib ki, 4 günlük iş həftəsi Azərbaycanda da tətbiq oluna bilər.

Qeyd edək ki, 2021-ci ilin dekabrında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) inqilabi qərar qəbul edərək 2022-ci il yanvarın 1-dən 4,5 günlük iş rejiminə keçdiklərini açıqladı.

Nəticədə BƏƏ-də iş saatları həftənin bazar ertəsi və cümə axşamı günləri 07:30-dan 15:30-dək, cümə günü isə 07:30-dan 12:00-dək müəyyən edildi.

Hazırda Rusiya, Türkiyə , Gürcüstanda da 4 günlük iş rejiminə keçidlə bağlı məsələlər müzakirə mövzusudur.

Trend-ə açıqlaması zamanı Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib ki, 4 günlük iş həftəsi inkişaf etmiş ölkələrdə müzakirə edilən məsələlərdəndir. Azərbaycanda da təbii ki, əmək bazarı və əmək bazarının tələblərinə uyğun olaraq beynəlxalq praktikada nəzərdə tutulan və tətbiq olunan təcrübələr öyrənilir.

Deputat bildirib ki, Azərbaycan üçün indiki halda vacib məsələlərdən biri məhz qeyri-leqal məşğulluğun leqallaşdırılması və bu istiqamətdə faəliyyətin genişləndirilməsidir. “İndi ki halda əmək bazarı ilə bağlı prioritetlik məşğulluğun leqallaşdırılması və əmək hüquqlarının tam şəkildə qorunması mexanizminin gücləndirilməsindən ibarətdir”, deyə deputat qeyd edib.

Lakin Vüqar Bayramov hazırda ölkədə əmək hüquqlarının kütləvi şəkildə pozulması ilə bağlı heç nə deməyib. Halbuki əmək hüquqlarının kütləvi şəkildə pozulması istər dövlət qurumlarında, istərsə də özəl sektorda kütləvi çəkildə baş verir və bu halda həftədə 4 günlük iş rejiminə keçiddən bəhs etmək belə gülüncdür.

Əksər özəl şirkətlərdə, dövlət müəssisələrində, hüquq-mühafizə orqanlarında mülki, yaxud dövlət qulluqçusu vəzifələri tutan vətəndaşlar, iş saatlarından sonra, yaxud şənbə günləri (bəzən bazar günləri də), bayram günlərində məcburi qaydada işə çıxarılsalar da, onların kompensasiyası ödənilmir. İş yerlərini itirməkdən qorxan işçilər bu qanun pozuntularına səslərini çıxarmağa ehtiyat edirlər.

Bütün güc strukturlarında, dövlət orqanlarında axşam saat 6-dan sonra kabinetlərə baxsaq görərik ki, pəncərələrdə işaqlar yanır. Şənbə günləri də növbətçilik cədvəli ilə qeyri-rütbəli əməkdaşlar, yəni dövlət qulluqçuları əvəzi ödənmədən işlədilirlər.

Bu acınacaqlı vəziyyət özəl qurumlarda daha pis halda hökm sürür. İşə 5 dəqiqə gecikməyə görə 50 manat cərimə tətbiq edən işverənlər iş saatından əlavə çalışmaya görə, işçilərə heç nə ödənmir.

Qeyd edək ki, mövcud qanunvericiliyə görə, iş saatlarından əlavə çalışmağa, o cümlədən istirahət və bayram günləri çalışan işçilərin əmək haqqısı iki qat ödənilməlidir və bu könüllü olmalıdır.

Əslində belə hallarda həmkarlar təşkilatları işə qarışmalı, hüquqları pozulmuş işçini müdafiə etməlidir. Lakin deputat Səttar Möhbalıyevin rəhbərlik etdiyi həmkarlar təşkilatlarının işinin yarıtmazlığını nəzərə alsaq, mənzərə tam aydın olur. Onu qeyd edək ki, bu günə qədər nə hər hansı bir həmkarlar təşkilatı, nə də 30 ildir ki, bütün ölkənin həmkarlar təşkilatına rəhbərlik edən Səttar Möhbalıyev bu məsələ ilə bağlı bir dəfə də olsun etirazlarını bildirməyiblər. Ümumiyyətlə isə Azərbaycanda həmkarlar təşkilatlarının fəaliyyəti işçinin deyil, istismarçı işverənin müdafiəsinə yönəlib.

Çox böyük təəssüf hissi ilə onu da qeyd etməliyik ki, bu çox aktual və ciddi problem bu günə qədər bir dəfə də olsun Milli Məclisdə qaldırılmayıb. Bəlkə də ona görə ki, deputatatların böyük əksəriyyəti iri biznes sahibi olaraq işverən qismində çıxış edirlər və istismarçı zümrədə yer alırlar.

Bütün hallarda ölkənin əmək bazarında bu acınacaqlı və dözülməz şərait hökm sürdüyü bir şəraitdə 4 günlük iş həftəsinin Azərbaycanda da tətbiqi haqqında danışmaq gülünc olduğu qədər də riyakarlıq kimi görünür. Çünki bu ölkədə əmək rejimi 19-cu əsrin əmək rejiminə uyöun gəlir və 4 günlük iş həftəsindən danımaqdansa qanuna uyğun olaraq 5 günlük və 8 saatlıq iş rejiminin tətbiqini reallaşdırmaq uğrunda çalışmaq lazımdır.

Azərbaycanda bu durum mövcud olduğu halda 4 günlük iş həftəsinin tətbiqindən danışmaq nə qədər yerinə düşür? Milli Məclis və deputatlar ilk öncə bu durumu düzəltmək üçün addım atmalı deyillərmi?

Mövzunu PİA.az-ın əməkdaşı Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “Biz hələ dünya ölkələrində tətbiq olunan elementar işçi hüquqlarını bərqərar edək, sonra 4 günlük iş həftəsi barədə nəsə danışarıq”.

İş yerlərinin çoxunda amansız istismar getdiyini vurğulayan sosiloloq PİA.az-a bildirib ki, məzuniyyət hüququndan tutmuş əməyin təhlükəsizliyinə qədər, əməkhaqqından tutmuş müqaviləsiz işlədilməyə qədər nə qədər desən problem var:

“4 günlük həftəsi Azərbaycanda tətbiq oluna biməz və olunmayacaq. Biz heç 5 günlük iş həftəsinə keçə bilmirik. Böyük əksəriyyət həftədə 6, hətta 7 gün işləyir. Yalnız dövlət orqanlarında 5 günlük iş həftəsinə riayət olunur ki, o da hamısında yox. Məsələn “Azəriqaz”, “Azərsu”, “Azərişıq” və sair bu kimi dövlət orqanlarında işləyənlərin bir çoxu şənbə bazar günü də işlədilir, özü dü az maaşa. Onlara çox vaxt iş saatından artıq işləməyə, şənbə-bazar işinə görə əlavə maaş da hesablanmır. Avtobus və yük maşını sürücülərinin çoxu az qala fasiləsiz işləyir. Nəticədə ağır qəzalar baş verir, ölənlər olur. Bir çox nazirliklərdə də vəziyyət eynidir.

Vüqar müəllimə hörmətim böyükdür. Amma belə utopik fikirlər səsləndirməkdənsə, işçilərin əmək hüquqlarının tətbiqini, onların istismarının qarşısının alınmasını tələb etsə, daha yaxşı olar. Həmçinin, hazırda əhalini daha çox narahat edən davamlı bahalaşmanın səbəblərindən və onun aradan qaldırılması yollarından danışılsa, yaxşı olar.

Elçin Bayramlı: “Bütün bu problemlərin həlli isə Əməyin Mühafizəsi Xidmətinin üzərinə düşür. Lakin Xidmət demək olar ki, işləmir, ya da Xidmətin əməkdaşları ancaq öz maraqları çərçivəsində çalışırlar”.

İş yerlərinin çoxunda amansız istismar var. Məzuniyyət hüququndan tutmuş əməyin təhlükəsizliyinə qədər, əməkhaqqından tutmuş müqaviləsiz işlədilməyə qədər, nə qədər desən problem var. Yalnız formal mövcud olan həmkarlar təşkilatları sisteminin bərpası və fəallığının artıırlmasını tələb etmək lazımdır. Azərbaycanda uşaq əməyinin, uşaq istismarının qarşısı alınmayıb. Bütün bu problemlərin həlli isə Əməyin Mühafizəsi Xidmətinin üzərinə düşür. Lakin Xidmət demək olar ki, işləmir, ya da Xidmətin əməkdaşları ancaq öz maraqları çərçivəsində çalışırlar.

Həll etmək istəyirlərsə, nə qədər istəyirsiniz problem sayım. 1-ci, 2-ci, 3-cü dərəcəli vacib problemləri qoyub, 15-ci dərəcəli hansısa məsələdən danışmaq, inciməsinlər, vaxtı boşa keçirmək və diqqəti əsas problemlərdən yayındırmaqdan başqa bir şeyh deyil. Biz hələ dünya ölkələrində tətbiq olunan elementar işçi hüquqlarını bərqərar edək, sonra 4 günlük iş həftəsi barədə nəsə danışarıq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Olimpiya çempionu: "Məni Azərbaycandan ilk təbrik edən Prezidentimizlə xanımı oldu"

Azərbaycanda bəzi universitetlərdə təhsil haqqları artırıldı: Səbəb nədir?

Ən çox oxunanalar