Bakıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə rayonun Mustafa Sübhi küçəsində qeydə alınıb.
1996-cı il təvəllüdlü Ələsgərova Könül Şamil qızı yaşadığı evdə dəm qazından zəhərlənib. Xəsarət alan gənc təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.
pia.az