Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mamuka Areşidze: “Ermənistan özünü təklikdə hiss edir” 

“Bir müddət əvvəl erməni politoloq Razdan Madoyan “Cavak”ın ədalətsizliklə Gürcüstana verilməsi”ndən şikayətləndi. Bu cür bəyanatlar verən insanlar diqqəti özlərinə çəkmək istəyir, bütün etnosun, milli ideyaların qeydinə qalan siyasi xadim imici yaradır”.

Bu sözləri Oxu.Az-a açıqlamasında gürcü politoloq və qafqazşünas Mamuka Areşidze deyib.

“Onların kimlərinsə tapşırığını yerinə yetirməsi də mümkündür. Biz tez-tez hansısa üçüncü gücdən danışırıq. Bu, məhz həmin hal ola bilər. Ancaq mən anlaya bilmirəm ki, insanlar niyə belə davranır”.

M.Areşidzenin sözlərinə görə, Cavaxetidə ciddi separatizm təhlükəsi olub, ancaq indi vəziyyət başqadır:

“Gürcüstanın bu regionunun ayrılması ideyası hətta İrəvanın özündə belə populyar deyil. İndi Ermənistan üçün Gürcüstanla müsbət münasibətlərə sahib olmaq həyati vacib məsələdir.

Qarabağda baş verənlərdən (müharibədə məğlubiyyətdən – red.) sonra Ermənistan özünü təklikdə hiss edir, Ermənistan ictimaiyyətində Rusiyaya inam ciddi şəkildə sarsılıb. Gürcüstan isə belə deyək, Ermənistan üçün “həyat yolu”dur.

Cavaxetidəki az sayda “ağıllı başlar” hazırda İrəvanın dəstəyini hiss etmir, heç özləri də seçilməyə çalışmırlar”.

Gürcü ekspert, həmçinin İrəvanda erməni müxalifətinin Azərbaycanla sülh sazişinə, sərhədlərin delimitasiyasına qarşı etiraz aksiyalarında Ermənistan bayrağı ilə yanaşı, Gürcüstan bayrağının da dalğalandırılmasına münasibət bildirib:

“Bu, hansısa digər ifratçılıqdır. Ola bilsin aksiyalarda elə Cavaxeti bölgəsindən olanlar iştirak ediblər. Bəlkə də bununla Ermənistan və Gürcüstanın iki xristian ölkəsi olması vurğulanır. Bilmirəm, versiyalar çox ola bilər.

Yeri gəlmişkən, Gürcüstanda tez-tez Azərbaycan, Türkiyə, Ukrayna bayraqlarını görə biləcəyiniz aksiyalar keçirilir. Dünyaya qloballaşma gəlib”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Politoloq: BRİCS yaxın müddətdə Avropa İttifaqını öz iqtisadi gücü ilə üstələyəcək...

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Gənc şairin ilk kitabı - "Qırmızıdan bənövşəyiyə"

Ən çox oxunanalar