Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Stokholmda Nobel mükafatlarının təqdimetmə mərasimi keçirilib

Stokholmda 2021-ci il Nobel mükafatlarının təqdimetmə mərasimi baş tutub.

Tədbir 1896-cı il dekabrın 10-da vəfat edən Alfred Nobelin anım günündə keçirilib.

Onun vəsiyyətinə əsasən, Sülh Mükafatı Osloda, şəhər meriyasında öz sahiblərinə təqdim edilib. Builkli mükafatçılar söz azadlığının qoruması üçün göstərdikləri səylərə görə “Novaya Qazeta”nın baş redaktoru Dmitri Muratov və filippinli jurnalist Mariya Ressa olub.

İsveçli aktrisa Lena Olinin aparıcılığı ilə baş tutan mərasimdə İsveç kralı XVI Karl Qustav, kraliça Silvia, vəliəhd şahzadə Viktoriya, onun həyat yoldaşı şahzadə Daniel və 300-ə yaxın qonaq iştirak edib.

Qeyd edək ki, artıq son bir neçə gündə bütün laureatlar öz ölkələrində - Almaniya, Böyük Britaniya, ABŞ və İtaliyadakı İsveç diplomatik missiyalarında öz qızıl medal və diplomlarını əldə ediblər.

Bu il ümumilikdə 13 nəfər mükafatlandırılıb. Onlara təqdim edilən Nobel medalları 18 karatlıq qızıldan hazırlanıb və çəkisi 175 qramdır. (TASS)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Azərbaycanda gələn aydan internet tarifləri dəyişdiriləcək

Ən çox oxunanalar