Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın terrorçu agent şəbəkəsi ifşa edildi

Bəhreynin Daxili İşlər Nazirliyi İran agentləri şəbəkəsini ifşa etdiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, bir neçə nəfər terror aktları törətməyə hazırlaşarkən saxlanılıb. Eyni zamanda, şübhəlilərin üzərindən İran istehsalı olan silahlar və partlayıcı maddələr aşkar edilib. Şübhəlilərin sayı, habelə vətəndaşlığı və ya milliyyəti barədə məlumat verilməyib.

Əhalisinin təxminən yetmiş faizinin şiə olduğu və dövləti sünnilərin idarə etdiyi Bəhreyn İran təhlükəsi ilə mübarizə aparmaq işində təcrübəsi var. 2011-ci ildə ərəb baharı bu krallıqdan da yan keçməyib. O zaman etirazların hərəkətverici qüvvəsi şiə çoxluğu idi, lakin bu hərəkətlənmələr Səudiyyə Ərəbistanı və BƏƏ məxfi xidmətlərinin və silahlı qüvvələrinin iştirakı ilə yatırılıb. Bundan sonra ölkədə nadir və əhəmiyyətsiz terror aktları törədən "Saraya Əl-Muxtar” qruplaşması yaranıb.

Amma İraqda Qasım Süleymaninin öldürülməsindən sonra təşkilatın rəhbərliyi yoldaşlarının qisasını almaq niyyətində olduqlarını açıqlayıb. 2020-ci ilin sentyabrında Bəhreynin xüsusi xidmət orqanları əcnəbi diplomatlara qarşı törədilən terror aktlarının qarşısını alıblar. Bir ay sonra krallıq məhkəməsi İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqədə ittiham olunan əlli bir nəfəri mühakimə edib. Düzdür, onların işi daha xırda cinayətlə bağlı olub - guya Tehran tərəfindən maliyyələşdirilən silahlılar bankomatı partlatmağa cəhd ediblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qaliblərini təbrik edib

Paytaxtın dörd rayonunun müəyyən ərazilərində qaz olmayacaq

Politoloq: İsrail təkbaşına İranı məğlub edə bilməz...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay