Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Cəfərli: "Neft “asqıran” kimi, ölkə “qrip” olur"

"Bu gün ABŞ prezidenti Co Bayden ölkədə inflyasiya ilə mübarizı mövzusunda çıxış edəcəyi gözlənilir. İnanmıram ki, bu çıxışda son 2 ildə pandemiya məsələsində buraxılan səhvlərin, atılan mənasız iqtisadi addımların etirafı baş versin. Çox güman, Bayden OPEC-ə yüklənəcək, kartel sövdələşməsindən danışacaq, çünki ABŞ-da benzin qiymətləri son illərin tarixi maksimumlarındadır, bu isə bütün qiymətlərə təsir edir, həm də avtomobil ölkəsi olan ABŞ-da vətəndaşların seçkidə qərar verərkən ən çox fikir verdiyi indikator məhz benzin qiymətləridir, ona görə də Bayden əsas hədəf kimi benzin qiymətlərinin aşağı çəkilməsini götürəcək ki, sürətlə azalan reytinqini düzəltsin, yaxın gələcəkdə baş tutacaq ara seçkilərdə Demokratlar Partiyasının uduzma ehtimalının qarşısını alsın".

PİA.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

"Amma gəlin görək nə baş verdi son 2 ildə: 2019-cu ildə, pandemiyadan öncə ABŞAvropa Birliyində Mərkəzi bankların, hökumətlərin əsas hədəfi inflyasiyanı artırmaq idi. Bəli, məhz artırmaq, çünki defilyasiya gedirdi, hədəf kimi, heç olmasa, 2% inflyasiya göstərilirdi. Böyük iqtisadiyyatlarda 2-3%-lik inflyasiya müsbət sayılır, iqtisadi aktivliyə müsbət təsir göstərən amil hesab edilir. 2020-ci ildə pandemiya elan edildi və ABŞ, AB, Çin, Yaponiya kimi ölkələr ümumilikdə Dünya iqtisadiyyatına 17 trilyon dollar vəsait axıtdılar – təsəvvür edin ki, Dünya ÜDM-mi 2020-ci ildə 84 trilyon dollar olub, amma birdən-birə iqtisadiyyata 17 trilyon dollar səpilir. Təbii ki, bu inflyasiyaya təsit etməli idi, etdi də, bundan başqa kriptovalyuta kimi mənasız, spekuylativ aktivlərin qiyməti şişdi, səhm bazarı yüksəldi (keçən il iqtisadi böhran zamanı səhm bazarının yüksəlməsi nonsens idi), neftin, qazın qiyməti artdı, ərzaq bahalaşdı. Bütün bunların səbəbi mənasız, düşüncəsiz, populist iqtisadi, maliyyə siyasəti idi. Bütün dünyada inflyasiya yüksəldi, toksik aktivlər bahalaşdı, ərzaq indeksi yüksəldi, neft-qaz qiymətləri kəskin artdı – nəticədə inflyasiya bütün Dünyada insanların real gəlirlərini “yeməyə” başladı. 17 trilyon vəsait haradasa, strelizə olunmalı idi, nəticədə səhm bazarı, aktivlər yüksəldi, bunun nəticəsi növbəti böhran olacaq. İndi dünya çıxılmaz vəziyyətdə qalıb, bazardan likvidliyi yığmağa başlamalı, uçot dərəcələrini artırmalıdır ki, inflyasiyanı cilovlasınlar, amma bunları etsələr, iqtisadi aktivlik daha da zəifləyəcək, iş yerləri azalacaq, nəticədə bir neçə il sonra daha böyük inflyasiya dalğası yaranacaq, amma bunları etməsələr də indi böhran dərinləşəcək. Bir sözlə, Dünya yeni, daha böyük iqtisadi böhrana “hamilədir”, təəssüf ki, bu dəfə çıxış yolu kimi lokal müharibələr ola bilər. Çünki hər dəfə Dünyada bənzər vəziyyət yarananda böyük müharibələr olub. Xülasə, çanaq yenə neft qiymətlərinin başında çartlayacaq, bizim üçün maraqlı olan məsələnin tək bu tərəfidir, çünki hökumət məmləkətdə çox primitiv, bəsit, ancaq bir tək borudan asılıb-sallanan iqtisadi model qurublar. Nəticədə neft “asqıran” kimi, ölkə “qrip” olur, Baydenin çıxışından sonra neft qiymətləri enməyə başlayacaq, demirəm ki, kəskin düşəcək, amma yeni, daha aşağı qiymət koridoruna yerləşəcək, lakin ABŞ OPEC-ə qarşı sanksiyalar tədbiq etsə, bu qurumu kartel sövdələşməsində günahlandırsa qiymətlərin enməsi daha dərin olacaq. Amma ilkin addım kimi Bayden ABŞın öz strateji neft ehtiyatlarının bir hissəsinin satacağı ilə bağlı qərar açıqlayacaq, bu da qiymətləri aşağı çəkəcək. Neftin, qazın qiymətinin yüksək olması bütün sahələrə - aqrar sektor üçün gübrələrdən tutun da, metallurgiyaya qədər hər sahədə maya dəyərini artırır, nəticədə qiymətlər daha da yüksəlir" - N.Cəfərli qeyd edib. (Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ən çox oxunanalar